Milli Məclisin sədri Sahibə Qafarova Belarusun Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Son bir ayı Azərbaycan-Belarus əməkdaşlığı ayı kimi qiymətləndirən Baş nazir deyib ki, bu dövr ərzində ölkə rəsmiləri arasında qarşılıqlı səfərlərin həyata keçirilməsində kifayət qədər intensivlik müşahidə olunub. Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana, Azərbaycan Baş nazirinin Belarusa səfəri, həmçinin Hökumətlərarası Komissiyanın Minskdə keçirilmiş növbəti iclası fonunda Milli Məclis sədrinin Belarusa səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına çox mühüm töhfələr verməklə yanaşı, əlaqələrimizin yüksək səviyyədə olduğunun göstəricisidir.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlərin rolu xüsusi vurğulanıb. Bildirilib ki, dövlət başçılarının əlaqələrimizin genişləndirilməsinə dair tapşırıqları müvafiq dövlət qurumları tərəfindən uğurla yerinə yetirilir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin Belarus Respublikasına 2018-ci ildə həyata keçirilən rəsmi səfəri, o cümlədən Prezident Aleksandr Lukaşenkonun ötən ay Azərbaycana dövlət səfəri və bu səfərlər zamanı imzalanmış sənədlər münasibətlərimizə xüsusi təkan verib. Xatırladılıb ki, bu günədək Azərbaycan və Belarus arasında siyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regional əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb ki, bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm hüquqi əsaslar yaradıb.
Baş nazir Roman Qolovçenko, parlamentlərimiz arasında da əlaqələrin ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, Milli Məclis sədrinin bu səfərinin əlaqələrin parlament ölçüsündə daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. Bildirilib ki, səfər çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrinə dair fikir mübadiləsi aparılıb. O cümlədən, qanunvericilik sahəsində münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı faydalı müzakirələr olub. Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrə daha da böyük töhfə vermək üçün qanunvericilik sahəsində birgə fəaliyyət, o cümlədən parlament komitələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədəuyğundur.
Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər barədə qarşı tərəfə məlumat verən Milli Məclisin sədri deyib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizdə xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf yoluna qədəm qoyub. Ölkənin iqtisadi-sosial inkişafının əsasları formalaşdırılıb. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası ölkəmizin qarşısında böyük imkanlar açıb. Hazırda isə Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edir.
Baş nazir Roman Qolovçenko da deyib ki, Azərbaycan müstəqillik dövründə möhtəşəm inkişaf yolu keçib.

Söhbət zamanı spiker Sahibə Qafarova Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bu işlərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiq olunduğu, bərpa olunan enerji mənbələrindən istifadə edildiyi diqqətə çatdırılıb. Bərpa işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.

Görüşdə vurğulanıb ki, Azərbaycanla Belarus arasında iqtisadi-ticari sahələrdə əməkdaşlıq dinamik inkişaf edir, kənd təsərrüfatı, emal sənayesi və bir sıra digər sahələrdə daha da yüksək nəticələr əldə etmək üçün yaxşı imkanlar mövcuddur.

Son xəbərlər

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul edib

Zaqatalada yarımstansiyada qəza olub, 15 mindən çox əhali işıqsız qalıb

Azərbaycan nefti 118 dollardan yuxarı səviyyədə ticarət olunur

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gündən uşaqların I sinfə qəbulu başlayır

RZA MAHMUDOV - 90

“İranın buna ehtiyacı yoxdur” - Marko Rubio

VAQİF VÜQAR : TƏZADLI DUNYAM - FOTO

Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazanıb

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Yeni layihəsi bəlli oldu

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

“Konyaspor” son dəqiqə qolu ilə finala yüksəldi

LİLPAR CƏMŞİDQIZI : Cənnətin ətrin duyandan bitməyir ünvanə eşq - FOTO

ABŞ İrana məhdudiyyətlərdən yayınmağa kömək edən istənilən quruma sanksiya tətbiq edəcək

Gənc aktrisa Moskvada qəzada həlak oldu

"Kıskanmak"ın aktrisası yeni serialda - FOTO

Kim deyər ki, 32 yaşı var - FOTOLAR

“Navai” Moskvada qəzaya düşdü

Serialdan yenə gedir...

53 yaşında üçüncü dəfə ana oldu - FOTOLAR

Bakıda müğənni əməliyyatdan sonra öldü

Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR

Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi

QIZBƏS QƏBƏLƏ : Yurdun tarixidir İÇƏRİŞƏHƏR - FOTO

BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir

Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031