Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də Şuşada, Cıdır düzündə növbəti konsert proqramları ilə davam edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, açıq səma altında qurulmuş səhnəyə bu dəfə Azərbaycanın, Özbəkistanın və Qvineyanın ritm ustaları çıxıblar.

Azərbaycanın Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun konserti rəngarəng performansla yadda qalıb və anşlaqla izlənilib. Qrup “Qaytağı”, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh” və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələri ifa edib.

“Natiq” ritm qrupu 2001-ci ildə Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər yaratmaq məqsədilə yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi də fəaliyyət göstərir. “Natiq” ritm qrupu 2011-ci ildə Koreya Respublikasında Dünya Ritm yarışmasında “Dünya Qran Pri”sini qazanıb. Qrup ABŞ, Almaniya, Avstriya, BƏƏ, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Koreya Respublikası, Mərakeş, Norveç, Polşa, Rusiya, Türkiyə, Tayvan və digər ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib.

Konsertdə “Natiq” ritm qrupu ilə yanaşı, Özbəkistanın Əməkdar artisti Abbos Qasımovun rəhbərlik etdiyi “Abbos” qrupu və Qvineyadan gəlmiş məşhur ritm ustası Abubakar Silla bir-birindən maraqlı, yaddaqalan nömrələr təqdim ediblər.

Əvvəlcə Natiq Şirinov və Abbos Qasımovun təqdimatında Azərbaycan və Özbəkistan dostluğunu tərənnüm edən musiqi nömrələri səsləndirilib.

Konsert boyu Natiq Şirinov, Abbos Qasımov və Abubakar Silla eyni səhnəni bölüşüb, bir-birindən maraqlı, şux, oynaq mahnılar səsləndiriblər.

Təəssüratlarını AZƏRTAC-la bölüşən ritm ustası Abubakar Silla deyib ki, “Xarıbülbül” festivalının nə qədər əhəmiyyətli olduğunu səhnəyə çıxarkən bir daha hiss edib. “Festival xoş təsir bağışladı. “Natiq” ritm qrupu ilə ifam zamanı onların da həyəcanını yaşadım, çox böyük ləzzət almaqla yanaşı, həm də böyük məsuliyyət daşıdım. Azərbaycandan olduqca xoş təəssüratlarla ayrılacağam və Şuşa səfərim daim yaddaşımda qalacaq”, - deyə o əlavə edib.

Qvineyalı ifaçı milli musiqimizin zənginliyindən, xalqımızın böyük qonaqpərvərliyindən, Şuşanın füsunkar təbiətindən də ürək dolusu danışıb: “Azərbaycanda olarkən bir daha əmin oldum ki, bizdəki kimi, burada da milli musiqiyə xüsusi həssaslıqla yanaşırlar. Bu, məni olduqca məmnun etdi. Çünki hər bir millət öz milli köklərinə bağlı olanda ona dünyada da sevgi və hörmətlə yanaşırlar”.

Festivalın ikinci gününün son konsertinin yekun nömrəsi isə peşəkar ritm ustalarının təqdimatında milli “Yallı” rəqsinin səsləndirilməsi oldu. Bu ifanın sədaları altında bütün iştirakçılar bir daha xalqımızın həmrəyliyini, birliyini, sülhsevərliyini nümayiş etdirərək əl-ələ tutub rəqs etdilər. Bu, bir daha göstərdi ki, “Yallı” xalqı sülhə səsləyən musiqisi, möhtəşəm ritmik ahəngi ilə çox böyük emosional təsirə malikdir. Bu musiqinin qüdrəti insan mənəviyyatının saflığını ön plana çıxarır. Yallı təkcə musiqi və rəqs növü deyil, o, qədim Türk tarixinin başlıca möhürü, Azərbaycanın mənəvi emblemi və xalqımızın azərbaycançılıq simvoludur.

Qeyd edək ki, Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulacaq.

Son xəbərlər

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Deputat Novruzəli Aslanov gənc Avropa çempionu ilə görüşüb -Foto

Aygül Bağırova : Bağışla məni, şəhidim...

Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930