Xəbərlər
12.05.2024, 00:39
İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb
İsrail ordusu HƏMAS radikallarının Qəzza zolağının şimalındakı Cəbəliyyə şəhərinə qayıtmasının qarşısını almaq üçün əməliyyatlara başlayıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib.
“Biz HƏMAS-ın son həftələrdə Cəbəliyyədə hərbi potensialını bərpa etmək səylərini aşkar etdik və bu təhlükəni aradan qaldırmaq üçün bölgədə əməliyyatlar həyata keçiririk”, - deyə o qeyd edib.
Həcəri əlavə edib ki, Qəzza şəhərinin Əz-Zeytun bölgəsində İsrail hərbçiləri döyüşlər zamanı 30 silahlını məhv edib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay