
Xəbərlər
8.02.2020, 20:17
Çavuşoğlu: "Böyük şərəf və xoşbəxtlik duydum”

Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması barədə “Twitter” səhifəsində paylaşım edib.
Bizimyol.info xəbər verir ki, Çavuşoğlu Prezident İlham Əliyevlə birgə çəkilmiş fotosunu paylaıb. Nazir səhifəsində yazıb: “Cənab Prezident İlham Əliyevin əllərindən “Dostluq” ordeni almaqdan böyük şərəf və xoşbəxtlik duydum”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mövlud Çavuşoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












