Meksikada avtobus aşıb, onlarla ölü və yaralı var
Meksikanın Mexiko ştatında magistral yolda avtobusun aşması nəticəsində 14 nəfər ölüb, 31 nəfər yaralanıb.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avtobus sərnişinlərlə birlikdə San-Luis de la Pazdan yola düşüb.