Xəbərlər
26.04.2024, 23:41
Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib
İsrail tərəfi ilə Misir arasında Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlarda mühüm irəliləyiş əldə olunub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Yüksək rütbəli Misir nümayəndəsinin sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşmasının bağlanması məsələsində Misir və İsrail nümayəndə heyətləri arasında baxışların bir araya gətirilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə olunub.
Bir müddət əvvəl telekanal bildirmişdi ki, bir qrup misirli təhlükəsizlik eksperti və Fələstin problemi üzrə mütəxəssis atəşkəs razılaşmasının əldə olunmasını müzakirə etmək üçün Təl-Əvivə gəliblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay