“Müasir Azərbaycan Gəncliyi və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib - FOTOLAR
Aprelin 20- də Bakı şəhər, Nizami rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında “Müasir Azərbaycan Gəncliyi və qarşıda duran vəzifələr” başlığı altında tədbir keçirilib.
Turaztv.az Zekainfo.az-a istinadən xəbər verir ki, tədbirdə Millət vəkili Aqil Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov, media nümayəndələri, müxtəlif Mərkəzi İcra Hakimiyyəti orqanlarında çalışan Kəlbəcərli gənclər və ali təhsil ocaqlarında oxuyan tələbələr iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İlk olaraq görüşdə çıxış edən Millət vəkili Aqil Məmmədov tədbir iştirakçılarını və gəncləri salamlayaraq qeyd etmişdir ki, hər bir vətəndaş peşəsindən, vəzifəsindən, statusundan və tutuduğu mövqedən asılı olmayaraq öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir. Gənclərimiz daima cənab prezident İlham Əliyevin ətrafında sıx birləşməli, çalışdığı, təhsil aldığı yerlərdə xalqa, dövlətə ləyaqətlə xidmət etməli, dövlətimizin apardığı uğurlu siyasəti, əldə olunan sabitliyi xalqa çatdırmaq üçün təbliğatçısı olmalı, sosial şəbəkələrdə ölkəmizə, dövlətimizin uğurlu siyasətinə kölgə salmağa çalışanlara qarşı daima mübarizə aparmalı olduğunu vurğulayıb.
Millət vəkili 44 günlük vətən müharibəsində və 19 sentyabr 2023 -cü ildə Lokal xarakterli Antiterror əməliyyatında əldə edilən böyük qələbədən sonra Qazax rayonunun erməni işğalında olan 4 kəndinin bir gülə atılmadan Azərbaycana qaytarılması barəsində də söhbət açıb və qeyd etdi ki, həmən 4 kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsi, dövlətimizin isə əldə etdiyi daha bir uğurun göstəricisidir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin hər bir məqamı bizim uğur salnaməmizdir deyə bildirib.
Daha sonra çıxış edən natiqlər və gənclərimiz
Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük uğurlarından, üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasından, Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevrəsindən danışıblar.
Tədbirdə iştirak edən YAP Binəqədi rayon təşkilatının ƏİPT-ın sədri, şair - publisist, AJB - in üzvü Adil Həmid də çıxış edərək Kəlbəcərin adət-ənənəsi , təbiəti haqqında xoş təssüratlarını bölüşdü, gənclərimizə arzularını səsləndirdi və Böyük Qaydışa hazır olmağımızı , Kəlbəcərə möhtəşəm və uğurlu qaydışı tövsiyyə etdi.
Görüşdəki çıxışların sonunda söz alaraq, müəllifi olduğum, kəlbəcərli Vətən müharibəsişəhidlərinə həsr olunmuş “Qalib Qarabağ” adlı ikicildlik araşdırma kitabımın maddi imkansızlıqdan 4 ildir işıq üzü gözlədiyini bildirdim.
Kitabın nəşri ilə əlaqədar rayon rəhbərliyinə ünvanladığım rəsmi müraciətlərlə bağlı hələ də müsbət cavab almadığımı bildirərək deputatımızdan bu məsələdə mənə dəstək olması xahişini səsləndirdim. Eyni zamanda onu da bildirdim ki, orta və ali təhsil ocaqlarında təhsil alan yeni nəsil nümayəndələrinin vətənpərvərlik ruhunda yetişməsi üçün bu mövzuda yazıların, kitabların rolu əvəzsizdir. Millət vəkili cavabında imkan daxilində dəstək verəcəyini bildirdi.
Sonda gənclərimiz, Azərbaycan gəncliyinin 44 günlük vətən müharibəsində olduğu kimi, daima cənab prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşəcəklərini, dövlətimizə, millətimizə sədaqətlə xidmət edəcəklərini bildiriblər.

Son xəbərlər

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Sabah pensiyalar tam ödəniləcək

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi - Foto

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Zakir Həsənov Pakistana başsağlığı verib

Kroufordun oğlu 27 yaşında öldü

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Şuşa ilə 40 ildən sonra...

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930