Sabiq nazir məhkəmədə: "2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım"
Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Turaztv.az Sfera.az-a istinadən xəbər verir ki, ötən gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktın elan edib.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərov vəzifədə çalışdığı 2016-2022-ci illər ərzində digər şəxslərlə əlbir olaraq mənimsəmə yolu ilə dövlət büdcəsini talayıblar.
Dövlət Gömrük Komitəsində, eyni zamanda Naxçıvan Muxtar Respublikası maliyyə naziri vəzifəsində çalışmış Rafael Əliyev 2016-2020-ci illər ərzində digər şəxslərlə əlbir olaraq nağd qaydada dövlət büdcə vəsaitlərini mənimsəyib.
2020-ci ilin avqust ayından 2022-ci ilin noyabr ayınadək maliyyə naziri kimi fəaliyyət göstərən R.Əliyev digərləri ilə əlbir olaraq şişirdilmiş qiymətlərlə hesablara köçürülən pul vəsaitlərini nağdlaşdırma yolu ilə talayıb.
Həmçinin, nazirlikdə çalışan bəzi əməkdaşların dövlət qulluqçusu olmamasına baxmayaraq, əmək haqqlarına əlavələr edilərək külli miqdarda büdcə vəsaitləri də israf edilib.
Məhkəmədə çıxış edən təqsirləndirilən Mənsur Əsgərov bildirib ki, o, 2001-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb:
"Ümumi qayda belə olub, o vaxtdan belə görmüşəm. Pullar yük və sərnişin xətlərindən yığılıb. 2009-2010-cu illərdə gömrükdə TIR proqramı yaradılıb. Proseslərdə pullar vəzifəli şəxslər - idarə rəisləri tərəfindən yığılıb maliyyə şöbəsinə verilirdi, proqramla eyniləşdirmə aparıldıqdan sonra pulları komitə sədrinə verirdik".
M.Əsgərov qeyd edib ki, 2020-ci ildə komitə sədri Səhhət Həbibbəyli onu qəbul edib:
"Yeni təyinat aldıqdan sonra komitə sədri məni qəbul etdi və dedi ki, yığılan pullar gətirilib bura veriləcək. Ona qədər çalışdığım yerlərdə 400-500 manat paket alırdım. Komitəyə getdikdən sonra, yəni tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə 3000 manat paket aldım. Toplanan pullardan mənə heç nə verilmirdi, ümumi qayda olaraq komitə sədrinə verilirdi, özü pulları otağında təhvil alırdı. Şəxsən özüm verirdim və başqa adam olmurdu. Pullar dollar və manatla yığılırdı. Daha sonra manatla olan pulları dollara dəyişirdik. Pulları otaqda düzəldib, qutuya yığıb şəxsən aparıb komitə sədri Səhhət Həbibbəyliyə verirdim".
Mənsur Əsgərov etdiyi bu hərəkətdən peşman olduğunu bildirib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Rəfael Əliyev qeyd edib ki, o, gömrük xidmətinə 2009-cu ildə qəbul olunub. 2011-ci ildən isə maliyyə şöbəsinin rəisi olub:
"Ödənişlər iki istiqamətdə - sərnişin və yük üzrə aparılıb. Toplanan ödənişlər sərnişin və yük şöbələrinin rəisləri verilib, onlar isə pulu idarə rəislərinə verirdilər. 2016-cı ilədək yığılan pullar idarə rəisləri tərəfindən birbaşa komitə sədri Asəf Məmmədovun özünə verilirdi. 2017-ci ilin mart-aprel aylarından isə A.Məmmədov tapşırıq verdi ki, vəsaitlər mənə yox, maliyyə şöbəsinin rəisinə verilsin. Verilən manat və dollarları mən də eyniləşdirmə aparıb, manatları dollar edib komitə sədrinə verirdim. Sonradan komitə sədri idarə rəislərini yenidən yanına çağırırdı. Ümumiyyətlə, TIR proqramı 2009-2010-cu illərdə yaradılıb. Bu proqramın yaradilması təşəbbüsü Səhhət Həbibbəyliyə məxsusdur".
Rafael Əliyev bildirib ki, o, gömrük komitəsindən çalışdığı vaxt hər ay 1500 AZN paket alıb.
R.Əliyev qeyd edib ki, maliyyə naziri kimi fəaliyyətə başlayarkən, qurumlarda şişirdilmiş qiymətləri görüb və o, həmin qurumdan məbləğin 10 faizini alıb. Keçmiş maliyyə naziri bildirib ki, bəzi işçilər ondan öncəki dövrdə işə qəbul olunub və dövlət qulluqçusu olmadan onlara ödənilən vəsaitlər əvvələr də olub.
Dövlət ittihamçısının "Maliyyə naziri kimi nə qədər paket alırdız?" sualına Rafael Əliyev cavabı belə olub: "2300 manat maaşım idi. Hər ay isə 15 min manat paket alırdım".
Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.
Məhkəmə prosesi mayın 2-də davam etdiriləcək.
Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər. (APA)

Son xəbərlər

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930