Xəbərlər
15.04.2024, 22:45
XƏYALIMDA HƏR AN ZƏNGİBASARDIR - FOTO
XƏYALIMDA HƏR AN ZƏNGİBASARDIR
Zəngibasar mahalında dünyaya göz açmışam,
İlk addımı büdrəyərək, qorxa-qorxa atmışam.
Getdikcə mən tanıyırdım soy-kökümü, əslimi,
Yaxın-uzaq olanları, qohum-qardaş, nəslimi.
Böyüyürdüm doğmalarla yavaş-yavaş elimdə,
Anamla rahat olurdum yoxsul-kasıb evimdə.
Gül-çiçəkli, bağ-bağçalı həyətimiz var idi,
Ocaqdan köçənlərimin çoxu onda sağ idi.
Əziz anam saxlayırdı toyuq-cücə, mal-qara,
Əkib-biçdiyi məhsulu çıxarırdı bazara.
Bax beləcə zəhmət ilə böyüdürdü o məni,
Halallığı öyrədirdi, sevdirirdi vətəni.
Gözəl anam mənim üçün anaların xasıydı,
Yuyub-qurudub geydiyi örpəyi-libasıydı.
Uşaq idim, anlamırdım onun əziyyətini,
Nə əlinin qabarını, nə də vəziyyətini.
Beləliklə ötən günlər gözümdən gəlib-keçir,
Gah təndirdə çörək yapır, gah oraqla ot biçir.
Quzular doğulan zaman bişirirdi bulama,
Tez gətirib içirərdi evdəki hər adama.
Kədərlənib, ağlayıram düşündükcə bunları,
Xatırlayıb, kövrəlirəm məhlədə uşaqları.
Ötənləri yada salıb, ürəyimdə yanıram.
Keçmişimi unutmayıb, hörmət ilə anıram.
Artıq çox zaman keçibdir o aylardan, o ildən,
Görən dönə bilərəmmi o günlərə yenidən?
Yaddaşımdan keçirdikcə, elə hey üzülürəm,
Dönürəm göz yaşlarına, yanağa süzülürəm.
Xəyalımda ora gedib, axtarıram hamını,
Geniş həyət-bacamızı, o evi, əl damını.
Niyə anamı görmürəm, niyə gəlməyir səsi?
Niyə qarşılamır məni, duyulmayır nəfəsi?
Görürəm sahibsiz qalan, qəribsəyən təndiri,
Bir zaman əriştə üçün bağladığı kəndiri.
Mal-qaramız yoxdur indi, boş qalıbdır hinimiz,
Beləcə bizsiz keçibdir hər ayımız, ilimiz.
Xəyalımda axtarıram o maraqlı anları,
O anların gözəlliyin-anamla olanları.
Vətənimiz işğaldadır, yağıdadır, yaddadır,
Ora dönmək istəyimiz arzuda-xəyaldadır.
Torpağımız azad olsun, elimiz dönsün ora,
Həsrətimiz başa çatsın, qəlbdə sağalsın yara.

BELA ZƏNGİBASARLI
23.08.2023
23.08.2023
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay