Xəbərlər
22.01.2024, 20:49
"Anamın ruhuna". ✍️Gülafət Hacıqızı.- FOTO
Dünyasını dəyişən Bütün Anaların, bütün Şəhidlərin ruhları şad olsun, yerləri cənnət. Bu gün Anamın 6 cı il dönümüdür. Canı getsədə, canınnan ayırdığı parçalar özünün həsrəti ilə yaşayır.Ona görə deyiblər;" Analar ölməz, Analar müqəddəsdir."
"Anamın ruhuna".
Yenə xəyallarım uçubdur sənə
Mehri məhəbbətim ölməzdir mənim.
Dizinin üstündə yer saxla mənə,
Gələndə dizində yatım ay Anam.
Canımda can varkən,can olmusan sən
İsti ocağımda, var olmusan sən
Məni İnsan doğan, sən olmusan, sən.
Gözümə nur yaxan, nursan ay Anam.
Həqiqət sən idin, varlığın mənə,
Örgətdi düzü, əyridən seçəm..
Sənin gətirdiyin gözəl dünyadan,
İstərdin alnı ağ, üzü ağ keçəm.
Bir kəlmə sözünü etmədim hədər
Məni yıxdırsada qüssə, qəm kədər.
Sənin nəsihətin ötməyib hədər
Mənə həyat verən, ay gözəl Anam.
Mehri məhəbbətim ölməzdir mənim.
Dizinin üstündə yer saxla mənə,
Gələndə dizində yatım ay Anam.
Canımda can varkən,can olmusan sən
İsti ocağımda, var olmusan sən
Məni İnsan doğan, sən olmusan, sən.
Gözümə nur yaxan, nursan ay Anam.
Həqiqət sən idin, varlığın mənə,
Örgətdi düzü, əyridən seçəm..
Sənin gətirdiyin gözəl dünyadan,
İstərdin alnı ağ, üzü ağ keçəm.
Bir kəlmə sözünü etmədim hədər
Məni yıxdırsada qüssə, qəm kədər.
Sənin nəsihətin ötməyib hədər
Mənə həyat verən, ay gözəl Anam.
22 Yanvar. 2024.✍️Gülafət Hacıqızı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay