Türkiyə ilin ikinci yarısından etibarən inflyasiya ilə mübarizəni sürətləndirəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın ortamüddətli inkişaf proqramı çərçivəsində inflyasiyaya son qoymaq əzmində olduğunu açıqlayıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ərdoğan Ankarada prezident sarayında hüquq-mühafizə orqanlarının nümayəndələri ilə iftarda bildirib.

O, ilin ikinci yarısında inflyasiyanın azaldılması planlarını təsdiqləyib.

“Biz iqtisadi sahədə yol xəritəsi olan orta müddətli proqramımızı və 12-ci İqtisadi İnkişaf Planını həyata keçirmək əzmindəyik. Ümid edirəm ki, ilin ikinci yarısında inflyasiyanın azalmasının şahidi olacağıq”.

Qeyd edək ki, Türkiyədə istehlak qiymətlərinin artım tempi mart ayında yenidən sürətlənərək 2022-ci ilin noyabrından bəri yeni maksimuma çatıb. Ölkənin Statistika İnstitutunun (Türkstat) hesabatına görə, martda inflyasiya illik ifadədə 68,5 faiz təşkil edib.

Türkiyədə istehlak qiymətlərinin artımının sürətlənməsinə, əsasən minimum əməkhaqqının yüksəldilməsi səbəb olub ki, bu da ölkədə inflyasiyanın əsas hərəkətverici qüvvəsi olan xidmətlərin kəskin bahalaşması ilə nəticələnib.

Mart ayında ölkədə təhsil xidmətləri ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfədən çox, tibbi xidmətlər 1,8 dəfə, mehmanxana, kafe və restoranlarda qiymətlər 1,9 dəfə, kommunal xidmətlərin qiyməti 1,5 dəfə, nəqliyyat qiymətləri 1,8 dəfə bahalaşıb. Eyni zamanda, ötən ay ərzaq məhsullarının qiyməti 1,7 dəfə, geyim qiymətləri isə 1,5 dəfə artıb.

İnflyasiyanın azaldılması planları çərşənbə günü Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçirilən İqtisadi Koordinasiya Şurasının iclasından sonra açıqlanıb. Türkiyə Mərkəzi Bankı 2024-cü ilin sonuna inflyasiyanın 36%-ə qədər azalacağını proqnozlaşdırır.

Son xəbərlər

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930