Fransanın azərbaycanofob siyasətinin nümunəsi: Yelisey sarayı beynəlxalq hüquqa hörmətsizlik edir - ŞƏRH


Azərbaycan bu gün özünün uğurlu diplomatik gedişləri ilə dostlarının sayını artırır, bir çox dövlətlərlə münasibətlərini gücləndirir.

Təsadüfi deyil ki, 30 il ərzində Qarabağ münaqişəsinin həllinə kömək etməyən, əksinə prosesi uzatmağa çalışan keçmiş Minsk qrupunun iki həmsədri - Rusiya və ABŞ ilə Azərbaycanın kifayət qədər normal münasibətləri var. Çünki hər iki dövlət rəsmi Bakının yaratdığı yeni reallıqları qəbul edir. Bundan fərqli olaraq, müxtəlif sahələrdə həm Rusiyadan, həm də ABŞ-dən geridə olan digər keçmiş həmsədr dövlət Fransa isə nəinki rəsmi Bakının maraqlarını görməzdən gəlir, həm də zaman-zaman ona qarşı qərəzli mövqe sərgiləyir.

Yelisey sarayı hər fürsətdə ermənipərəst mövqeyini və Azərbaycana qarşı qərəzini ortaya qoyur. Məsələn, Fransanın Baş naziri Qabriel Attal martın 20-də Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində növbəti dəfə absurd və qərəzli fikirlər səsləndirib. O bildirib ki, Azərbaycan qoşunlarını Ermənistanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Onun sözlərinə görə, İrəvana müstəqilliyini, demokratiyanı, suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün kömək etmək lazımdır.
Fransanın azərbaycanofob siyasətinin nümunəsi: Yelisey sarayı beynəlxalq hüquqa hörmətsizlik edir - ŞƏRH

Azərbaycan Xarici İşlər Nazirliyi martın 21-də rəsmi Parisə cavab verib. Bəyanatda rəsmi Bakı Fransanı öz tarixindən dərs çıxarmağa, daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb.

Öncə onu deyək ki, Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Rəsmi Bakının kimsənin torpaqlarında gözü yoxdur. Prezident İlham Əliyev də bunu dəfələrlə bildirib. Azərbaycan Qarabağda öz ərazi bütövlüyünü bərpa edib. Bütün dünya, o cümlədən Ermənistan baş naziri Nikol Paşinyan belə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Rəsmi Paris isə bunları görməzdən gəlir. Bu, Azərbaycana qarşı qərəzin təzahürü olmaqla yanaşı, həm də beynəlxalq hüquqa hörmətsizlik, laqeydlikdir. Hərçənd Yelisey sarayı ona sərf edəndə beynəlxalq hüquq “bayrağını” qaldırır. Bu da o deməkdir ki, mövcud Fransa hakimiyyəti ikili standartlarla hərəkət edir.

İkincisi, rəsmi Parisin neokolonializm siyasəti çoxlarına məlumdur. Fransa uzun müddətdir ki, ayrı-ayrı Afrika ölkələrini əsarətdə saxlayıb, onların təbii sərvətlərini mənimsəyib. Özü də bütün dünyanın gözü qarşısında. Məsələn, Sakit okeanın cənub-qərb hissəsində yerləşən Yeni Kaledoniya 1853-cü ildən Fransanın işğalı altındadır. Bu ada dövləti illərdir ki, müstəqillik uğrunda mübarizə aparır.

Göründüyü kimi, bu gün beynəlxalq təşkilatların qətnamələrinə, çağırışlarına baxmayaraq, Fransa neokolonializm siyasətini davam etdirir. Bu utancverici səhifənin tamamilə qapadılması üçün dünya birliyi səylərini gücləndirməlidir.
Fransanın azərbaycanofob siyasətinin nümunəsi: Yelisey sarayı beynəlxalq hüquqa hörmətsizlik edir - ŞƏRH

Beləliklə, Prezident Emmanuel Makron hökuməti öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarır.

Bundan başqa, Qarabağ Azərbaycanın daxili məsələsidir. Fransa Qarabağla bağlı bəyanatlar səsləndirməklə Azərbaycanın daxili işlərinə qarışır. Bu isə yalnız Azərbaycanın ərazi bütövlüyünə, həm də beynəlxalq hüquqa hörmətsizlikdir.

Başqa bir məqam ondan ibarətdir ki, Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən biridir. Məlum olduğu kimi, BMT TŞ keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə dörd qətnamə qəbul etmişdi. Həmin qətnamələr vaxtı ilə icra olunsa idi, nə İkinci Qarabağ müharibəsinə, nə də antiterror tədbirlərinə ehtiyac qalardı. Amma BMT TŞ-nin digər daimi üzvləri kimi, Paris də sözügedən qətnamələrin icrasına kömək etmədi. Beləliklə, Azərbaycan torpaqları həmin qətnamələrin tələbinə zidd şəkildə uzun illər işğal altında qaldı.
Fransanın azərbaycanofob siyasətinin nümunəsi: Yelisey sarayı beynəlxalq hüquqa hörmətsizlik edir - ŞƏRH

Rəsmi Bakının Fransaya cavab bəyanatında göstərildiyi kimi, Azərbaycanın 8 kəndi hələ də işğal altındadır. Bununla bağlı Azərbaycanla Ermənistan arasında müntəzəm danışıqlar gedir. Amma Fransa bu məsələyə də səssiz yanaşır.

Hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur.

Rəsmi Paris başa düşməlidir ki, hazırkı siyasəti ilə regionla bağlı heç bir məqsədinə çata bilməyəcək. Çünki bu aqressiv, riyakar ritorika Cənubi Qafqazın əsas siyasi aktoru olan rəsmi Bakı ilə münasibətlərdə ziddiyyətlər yaradır. Bu isə Makron hökumətinin regionla bağlı planlarının üstündən xətt çəkir.(“Report”)

Son xəbərlər

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı "Şahənşah" restoranında keçirildi - FOTOLAR

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR

Yubileyi günü vəzifəsinin icrasına başladı

Avropanın ən yaşıl şəhəri seçiləcək: 8 namizəd, 600 min avroluq mükafat

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Bu vətəndaşların kredit borcu silinəcək

Ramil Usubovun ailəsində - Ağır itki

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb

Sabah Bakıya və rayonlara yağış yağacaq

Qəzənfər Məsim oğlu : MÜƏLLİMİM - FOTO

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib

Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib

Ermənistanda sərxoş sürücü polislərə atəş açıb

İlham Mirzəliyev Sumqayıtda vətəndaşları qəbul edəcək

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031