Zəlzələdən iki gün sonra tətilə gedən İmamoğlu tənqid olundu
İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu yanvarın 24-də Elazığ şəhərində baş vermiş güclü zəlzələdən iki gün sonra Ərzurum şəhərinə istirahətə yollanıb.
Ailəsi ilə Palandöken xizək mərkəzində dincələn siyasətçi öz tvitter mikrobloqunda fotolar paylaşaraq “Semestr fasiləsi səbəbiylə uşaqlarım və həyat yoldaşımla Ərzurumun gözəlliyini hiss etməyin xoşbəxtliyini yaşayırıq. Ölkəmizin hər guşəsi başqa bir dəyərdir, başqa bir cənnətdir. Türkiyə davanın deyil, sevginin mərkəzi olmalıdır” qeydini yazıb.

Bundan sonra İmamoğlu Elazığ sakinlərinin çətin dönəmində istirahət etdiyinə görə tənqid olunub. Məlumata görə, İBB rəhbəri ünvanına səsləndirilən tənqidlərə baxmayaraq, hazırda istirahətinə davam edir.

Qeyd edək ki, keçən yay İstanbulda baş verən sel fəlakəti zamanı İmamoğlunun Bodrumda tətildə olması da tənqidlə qarşılanmışdı. O açıqlamasında “İnsanlar tənqid edir deyə tətilə getməyəcəyəm?! İstirahət etmək istədikdə dincələcəm, istəməyəndə isə işləyəcəm. İldə müəyyən müddətə icazə haqqım var” deyə bildirmişdi.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.(qafqazinfo)

Son xəbərlər

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir

Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ

“WhatsApp”dan böyük yeniləmə – Yeni funksiyalar bunlardır

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

Marşrutlar dəyişə bilər, etibar dəyişməz - “Sara Logistics” MMC - Fotolar

İki reklamdan 75 milyon alacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

Hikmət Məlikzadə : Yaxşılıq itmir...

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031