Qəzzada müharibə: Ramazan ayında atəşkəsə ümid yoxdur...

Qəzza zolağında müharibə 6-cı ayına qədəm qoyub, ancaq hələ də uzunmüddətli atəşkəs üfüqdə görünmür.

Modern.az-ın məlumatına görə, Ramazan ərəfəsində İsrail və HƏMAS arasında atəşkəs elan ediləcəyi barədə danışıqlar aparılsa da, görünür, nəticəsiz qalıb.

Qəzza zolağında 31 min, İsrail tərəfində 1200 insanın ölümünə səbəb olan müharibə bütün dünyada artan həyəcana səbəb olub.

ABŞ prezidenti Co Bayden bazar günü ölkə daxilində və xaricdəki müsəlmanlara Ramazan mesajında Qəzzaya humanitar yardım, atəşkəs və bölgədə uzunmüddətli sabitlik üçün təkan verməyə davam edəcəyini bildirib.

"Önümüzdəki günlərdə və həftələrdə dünyanın hər yerində müsəlmanlar iftar etmək üçün toplaşdıqca, Fələstin xalqının iztirabları çoxlarının diqqət mərkəzində olacaq. Bu, mənim üçün ön plandadır", - deyə Bayden qeyd edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spoljariç bazar günü Qətərə səfəri zamanı HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Haniyə ilə humanitar vəziyyəti müzakirə edib. BQXK bildirib ki, o, təşkilatın bütün tərəflərlə birbaşa danışıqlar aparmaq səyləri çərçivəsində Qətər rəsmiləri ilə də görüşüb.

Ümidsiz atəşkəs danışıqları

Bir müddət əvvəl Qahirədə Ramazanın dinc şəkildə keçməsinə imkan verəcək və Qəzzada saxlanılan 134 israilli girovdan ən azı bir qisminin geri qaytarılmasına imkan verəcək atəşkəs danışıqları aparılırdı.  Ancaq, görünür, danışıqlar nəticəsiz qalıb və döyüşlər davam edəcək.

“The Times of Israel” qəzetinin mənbələrinə görə, İsrail hökuməti sonuncu dəfə Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina edib. Təl-Əvivin qərarı HƏMAS-ın hələ də İsrailə yaşayan girovların siyahılarını təqdim etməməsi ilə bağlıdır. Digər bir mənbə isə qeyd edir ki, HƏMAS sağ olan girovların adlarının tam siyahısınə verməyib.

Danışıqların növbəti mərhələsinin nə vaxt baş tutacağı bilinmir.

Humanitar fəlakət

BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi UNRWA bildirib ki, Qəzzanın infrastrukturunun 60%-dən çoxu dağıdılıb və ya zədələnib, 2,3 milyonluq əhalinin 90%-dən çoxu didərgin düşüb.

Təşkilatın rəhbəri Filip Lazarini "X"də  yazıb ki, Ramazan ayında ən çox əziyyət çəkənlər üçün atəşkəs elan edilməlidir. "Rəfahdə hərbi əməliyyat təhdidləri arasında qorxu + narahatlıq hökm sürür”, - o qeyd edib.

Son xəbərlər

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031