Mədəniyyət müəssisələri üzrə ictimai dinləmə keçirildi

Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə tabe müəssisələr üzrə ictimai dinləmə keçirib.

Baş İdarənin tabeliyindəki müəssisələrin 300-dən çox nümayəndəsinin, İctimai Şura ekspertlərinin, fəxri qonaqların iştirak etdiyi tədbir şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı giriş nitqi ilə çıxış edərək ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə danışıb.

İctimai dinləmədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev hesabat məruzəsi ilə çıxış edərək görülən işlər barədə geniş məlumat verib.

Tədbirdə iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət Komitəsinin üzvləri - Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, akademik Nizami Cəfərov, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, İctimai Şuranın sədr müavini Vüqar Qədirov öz çıxışlarında mədəniyyəti fundamental kateqoriya olaraq şərh edib, ictima dinləmənin, dövlət-vətəndaş cəmiyyəti institutları əməkdaşlığının önəminə vurğu ediblər.

Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova, “Cəngi” Estrada Folklor Ansamblının bədii rəhbəri, Xalq artisti Mircavad Cəfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru Ziyavər Əhmədova, Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Vəfa Quliyeva, Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyli, Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Pərixanım Mahmudova, “Bakı” Rəsm Qalareyasının direktoru Eldəniz Babayev, “HüsnArt” Sənət Mərkəzinin rəhbəri, xalq rəssamı Arif Hüseynov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın katibi Nihad Allahyarlı, İctimai Şuranın üzvləri - Samirə Mustafayeva, Ülviyyə Bəbirova, Adilə Nəzər, Xanoğlan Əhmədov və b. çıxışlarında həllivacib problemlərə toxunaraq, ictimai dinləmə ilə bağlı öz təəssüratlarını bölüşüblər və mədəniyyətimizin inkişafı istiqamətində görülməli işlərdən danışıblar.

Hesabat yığıncağında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəaliyyət istiqamətləri, gələcəkdə icra olunacaq layihələr və digər məsələlər barədə də müzakirələr aparılıb.

Son xəbərlər

Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib

DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib

ŞƏFAQƏT RƏSULOV – 75

Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB

Xəzərə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxıldı - FOTOLAR

İtkin-şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olundu

Sabah 35 dərəcə isti olacaq

Sabiq rektor Nurlana Əliyeva vəfat etdi

ŞƏHİDLİK MÖVZUSU TARİXİN QAN YADDAŞI - FOTO

Elgiz Əkbərin anası vəfat etdi

Peyvəndlər həqiqətən təhlükəlidirmi? - Həkimlər miflərdən danışdılar

"BakıKart" bahalaşdı

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Leyla Əliyeva Şəkidə uşaq evinin sakinləri ilə görüşdü - FOTOLAR

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

“Monaco Residence” - “Sea Breeze”də Ayparanın önündə möhtəşəm layihə

Oktay Kaynarca Fahriye Evcenlə tərəf müqabili oldu

Serialdakı gəlinlik düşərli oldu - Evlənəcək

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

İran, ABŞ və Livan birgə komitə yaradacaqlar

"Şamaxı Peşə Liseyi" PHŞ-də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Məzun Günü" tədbiri keçirildi - FOTOLAR

Sanksiyaların dayandırılmasından sonra İran nefti 20% bahalaşıb - Qalibaf

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031