Hacı İntiqam -75 - FOTO
Hacı İntiqam -75
Milyonu olmayan xeyriyyəçi

Əslində, xeyriyyəçilik maddi zəmin deyil, ürək-qəlb məsələsidir. İnsan içindəki Allah xofunu hiss edəndə istər-istəməz həlim və duyğusal olur... Bizim tanıdığımız Hacı İntiqam Atayev də məhz belələrindəndir.
Hacı İntiqam -75 - FOTO
Fevralın 23-də Bakının Şüvəlan qəsəbəsində yerləşən "Xəzri" şadlıq sarayında Hacı İntiqam Atayevin 75 illik yubiley gecəsi və şairə-yazıçı Gülmaya Feyruzqızının yubilyara həsr etdiyi "Ömür səhifəsi" kitabının təqdimatı keçirildi. Tədbirə şəhid valideynləri, qazilər və müharibə veteranları da dəvət olunmuşdu. Tədbirdə həmçinin respublikanın tanınmış ziyalıları, mədəniyyət-incəsənət xadimləri, dövlət nümayəndələri, jurnalistlər, din xadimləri də iştirak edirdilər. Aparıcı, yazıçı-jurnalist Südabə Sərvi tədbiri açıq elan etdi, ardınca 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad olundu.
Südabə xanım ilk olaraq sözü Buzovna məscidinin axundu, şair-qəzəlxan Hacı Soltana verdi. Hacı Soltan məclis iştirakçılarını salamladı, Hacı İntiqama xeyir-duasını verdi və ona can sağlığı arzuladı.
Hacı İntiqam -75 - FOTO
Sonra Gülmaya Feyruzqızının Hacı İntiqam Atayev haqqında yazdığı kitab məclis iştirakçılarına təqdim olundu. Müəllifin sayca beşinci kitabı olan "Ömür səhifəsi" adlı kitabın redaktoru, şair-jurnalist, AYB-nin üzvü Rauf İlyasoğludur.
Aparıcı xanım kitabın müəllifi Gülmaya Feyruzqızının yaradıcılığı haqqında geniş məlumat verdi. Daha sonra Gülmaya Feyruzqızı yubilyara həsr etdiyi romanın yazılma səbəbini açdı, burada Hacı İntiqamın şəcərəsi haqqında geniş arayış verdiyini dedi, kitabın tez bir zamanda hazırlanmasında xüsusi əməyi olan "İmza" nəşrlər evinin direktoru Səbuhi Aslana təşəkkürünü bildirdi.
Hacı İntiqam -75 - FOTO
Sonra tarix elmləri doktoru, professor İbadulla Ağayev, professor Təvəkkül Səlimov, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, kulinariya üzrə mütəxəssis Tahir Əmiraslanov, kitaba maliyyə dəstəyi göstərən "Şahənşah" şadlıq sarayının müdiri Rəşad Süleymanov, yazıçı Gülnarə Tomris, şair Abel İslam, Aygün Hüseynli, İslam Ələsgərli, Yardımlı rayonundan gəlmiş Mirnəzər Mirkazımlı, Füzuli rayonundan gəlmiş Kərəm Salahoğlu, Vaqif Rüstəmov, Şəhla Qarayeva, fərdi təqaüdçü Etibar Alıyev, Göyçay rayon Yazarlar birliyinin üzvləri, Xalq artisti, bədii qiraətçi Eldost Bayram, Cavidsunas Həmid Cəfərov həm yubilyara, həm də Gülmaya xanıma ürək sözlərini bildirdilər.
Mən (Hüseyn İsaoğlu) də çalışdığım "Bütöv Azərbaycan" qəzetinin kollektivi adından Hacı İntiqam Atayevi təbrik etdim, ona can sağlığı, tükənməz gənclik həvəsi arzuladım.Tədbir boyu çıxış edənlər Hacı İntiqamın gördüyü işlərdən, etdiyi xeyriyyəçilikdən, təmiz əməllərindən danışdılar və bildirdilər ki, o, milyonçu Hacı Zeynalabdin Tağıyevdən sonra milyonu olmayan xeyriyyəçidir. Həmçinin, qeyd etdilər ki, Hacı İntiqam bağban işləyir. Halal zəhməti, alın təri ilə qazandığı pulları şəhidlər üçün ehsan süfrəsi, tanınmış ziyalılar haqqında xatirə gecələri, anım günləri keçirməyə xərcləyir.
Xatırladaq ki, tədbirdə 300 nəfərdən çox insan iştirak edirdi.
Hacı İntiqam -75 - FOTO
Sonda Hacı İntiqam Atayev tədbirə gələn qonaqlara, kitabın müəllifi Gülmaya Feyruzqızına, kitabın redaktoru Rauf İlyasoğluna, "İmza" nəşrlər evinin direktoru Səbuhi Aslana təşəkkürünü bildirdi.
Əslən cənubi Azərbaycandan olan, hal-hazırda Amerikada yaşayan jurnalist Elyaz Yekenli tədbiri ANT internet televiziyası ilə canlı yayımladı.
Tədbir insanlıq hissi güclü olan Hacı İntiqam Atayevin həyat sevgisi ilə yadda qaldı.
Hacı İntiqam -75 - FOTO
Hüseyn İsaoğlu (Məmmədov), yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.

Son xəbərlər

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Kadir İnanır vəfat etdi

ƏZİZƏ AĞAHÜSEYNQIZI : CƏBRAYIL HƏSRƏTLİ ŞAİR - FOTO

ATLAZ SƏTİRLƏR... (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)

Xalq adamı - FOTO

Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Polis 61 nəfəri saxladı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi” - Kamaləddin Qafarov

Niderland Tunis millisini məğlub etdi

Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izlədi

“Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb

Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub

Alnına buts dəysə də, sarğı ilə oyuna geri döndü - Foto

"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək

İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq

Hər şey dağıla bilir sevgidən başqa... - Fotolar

Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - FOTOLAR

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Alıcan İsgəndərli : DANIŞIĞI BİTİRDİ - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib - Foto

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930