Yeni məktəbli formaları neçəyə olacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyində 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.

Layihədə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Yeniavaz.com xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov lent.az-a bildirib ki, yeni məktəbli formalarının hansı müəssisələrdə hazırlanacağı ilə bağlı qərar yoxdur: "Hazırda bir neçə nümunədə məktəbli formalarının üzərində işləyirik. Bildiyiniz kimi, bazarda ən böyük müəssisə bizik və 10 ildir bu işlə məşğuluq. Hər il BTE-nin tikdiyi məktəbli formaları daha çox alınır. Həmçinin "BTE” nişanı olan formalara cavabdehik və onların keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlanılaraq təsdiq edilir. Bununla yanaşı, əvvəlki məhsullarımız Avropa laboratoriyalarında da yoxlanılaraq, sertifikat verilib”.

E.Əzimov deyib ki, qurumun hazırladığı məktəbli forması nümunələri nazirlikdə qəbul edilərsə, ötən illərdə olduğu kimi yenə də BTE məhsullarını satışa çıxaracaq: "Qiymətlər barədə isə indidən nəsə demək mümkün deyil. Əvvəlki formada pencək var idi, yeni nümunələrdə bu yoxdur. Bir sözlə, məktəbli formaları ilə bağlı nümunələr seçildikdən və təsdiqləndikdən sonra qiymətlər müəyyənləşəcək. Sonra bu barədə ictimaiyyətə də məlumat verəcəyik”.

Xatırladaq ki, nazirliyin təklif etdiyi geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.

Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilən geyim formasını geyinməlidirlər.

Son xəbərlər

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031