Əllərdə və ayaqlarda rəng dəyişikliyi xəstəliyin əlaməti ola bilər
Bəzən stresli günlərdə və soyuq havalarda əl və yaxud ayaq barmaqlarında meydana gələn mavi-bənövşəyi rəng dəyişmələri Raynaud sindromunun əlaməti ola bilər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, revmatologiya və daxili xəstəliklər üzrə mütəxəssis, professor Mehmet Sayarlıoğlunun sözlərinə görə, həmin əlamətlər göründükdə gözardı edilməməli və həkimə müraciət olunmalıdır. Bu sindrom temperatur dəyişikliyi və stres səbəbindən meydana gəlir. Onun əsas əlaməti əllərdə və yaxud ayaq barmaqlarının uclarında bəzən soyuğa, bəzən də stresə məruz qaldıqda meydana gələn mavi-bənövşəyi rəngin dəyişməsidir. Normalda damarlar soyuqdan zədələnir və havada istilik itkisini azaltmaq üçün daralır. Lakin Raynaud sindromunda bu proses uzanır. Bir müddət sonra damarlarda oksigen səviyyəsi azalır. Qan axınının pozulması səbəbindən dəridə mavi-bənövşəyi rəng dəyişikliyi meydana gəlir. Bu mavi-bənövşəyi rəngsizləşmənin ardından damarlarda genişlənmə baş verir. Sonra isə barmaq uclarında yenə də çəhrayı-qırmızı rəngdə olur.

Professor vurğulayıb ki, Raynaud xəstəliyi başqa bir xəstəliyin ilkin əlaməti olaraq və ya xəstəliyin gedişi zamanı meydana gələ bilər. Bu sindrom ən çox gənc qadınlarda rast gəlinir, həmçinin onun genetik tərəfi də var. Oxşar əlamətlər qohumlarda da ola bilər. Bundan başqa, tez-tez sistemik skleroz (skleroderma), Sjögren sindromu, antifosfolipid sindromu, poli-dermatomiyozit və romatoid artrit kimi iltihablı revmatik xəstəliklərin gedişi zamanı meydana gəlir. Nadir hallarda bu sindrom bütünlüklə qollarda müşahidə edilir. Barmaqlarda rəng dəyişikliyi ilə yanaşı, sancı, uyuşma və ağrılar da baş verə bilər. Damarların daralması uzun müddət davam edərsə, toxumalar üçün təhlükəli sayılır. Barmaqların uclarında yaralar əmələ gəlmə ehtimalı olar.

“Xəstələr bədənlərini soyuqdan qorumalı və buna uyğun paltar seçməlidirlər, həmçinin soyuq havada mütləq əlcək və yun corab geyinməlidirlər. Siqaretdən uzaq olmaq vacibdir. Çünki siqaretin tərkibindəki nikotin və buna bənzər kimyəvi maddələr damarlara mənfi təsir edir. Həmin hal baş verərsə, müalicə seçimləri buna uyğun aparılmalıdır. Müalicə planı insanda olan digər xəstəliklərə uyğun hazırlanır. Bundan əlavə, əgər xəstə başqa dərmanlardan istifadə edirsə, onların Raynaud sindromuna təsiri qiymətləndirilir və lazım gələrsə, buna uyğun tədbirlər görülür”, - deyə Mehmet Sayarlıoğlu əlavə edib.

Son xəbərlər

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930