Rəis müavininin adı keçən sifarişli qətldə hökm oxundu

12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, məhkəmə istintaqının sonunda prokuror ittiham nitqi ilə çıxış edərək Salahovun verilmiş ittihamla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilməsini tələb edib.

Əvvəl də xəbər verdiyimiz kimi, Ə.Salahov cinayət işi ilə bağlı özünü təqsirli bilmir, yeganə günahı kimi hadisə günü cinayət baş verən ərazidə olmasını görür.

Sonuncu iclasda onun vəkili Orxan Cəfərbəyli müdafiə çıxışı edib. Vəkil çıxışında deyib ki, müvəkkilinin ittiham edilməsi üçün yeganə əsas ibtidai araşdırma dövründə verdiyi ilk ifadəsidir. Bundan başqa heç bir bir mötəbər dəlil və sübut ortaya qoyulmayıb: “Şəxs özü də məhkəmədə etiraf etdi ki, ilk ifadəsini qəbul etmir. Salahovun mühakiməsi üçün heç bir əsaslı sübut, o cümlədən cinayət aləti yoxdur. Bundan başqa, müvəkkilimin sifariş yerinə yetirdiyi sübut olunmayıb, həmçinin iddia olunan sifarişin doğrudan da Firudin tərəfindən verilib-verilməməsi məsələsi açıq qaldı. Ən əsas məqam isə ekspert rəyində göstərilib. Rəydə göstərilir ki, zərərçəkmiş şəxsə arxa və ön hissədən vurulan əsas zərbələrin hər ikisi sağdan-sola doğru vurulub. Amma hamımız bilirik ki, Salahov solaxaydır. Solaxay adamın sağdan-sola zərbə vurması öldürücü zərbə ola bilməz. Məntiqlə zərbə onun kürək hissəsindən həm sola düşməli, həm soldan sağa doğru gəlməli idi.
Ətraflı

Digər əsas məqam isə qətlin sifarişçisi olduğu iddia edilən Firudin Məmmədovun hadisə gecəsi Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla 17 dəfə telefonla danışmasıdır. Məlum olduğu kimi, zərərçəkmişin Şahbazovla əlaqəsi olub, sonradan isə münasibətləri korlanıb. Bəlkə elə qətlin sifarişçisi Firudin yox, Rüstəm Şahbazovdur? Məlum olduğu kimi, Firudin hadisədən elə 3 gün sonra bilinməyən səbəbdən intihar edib. Bu intihar da hamıya maraqlı qalıb. Bu məsələlər də qaranlıq qaldı. Hörmətli məhkəmə, bütün sadaladığım halları nəzərə alaraq müvəkkilimə təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini xahiş edirəm”.

Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Ə.Salahov sifarişlə adam öldürməkə təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, adıçəkilən rəis müavini Rüstəm Şahbazov daha əvvəl iş üzrə təqsirləndirilən şəxsin vəkili Orxan Cəfərbəylinin vəsatəti əsasında məhkəməyə çağırılmışdı. O, ifadəsində irəli sürülən iddiaları rədd etmişdi.

Son xəbərlər

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031