
Xəbərlər
17.01.2024, 10:00
Ağstafada 2 maşın toqquşdu: qardaşlar xəsarət aldı

Ağstafa rayonunda 2 minik avtomobili toqquşub.
Hadisə Köçəsgər kəndində baş verib.
Qəza nəticəsində Ağstafa rayon sakinləri - 2012-ci il təvəllüdlü A.Mürsəlov və onun qardaşı, 2013-cü il təvəllüdlü R.Mürsəlov xəsarət alıblar.
Onlar yaxınları tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəsarət alanların vəziyyəti kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











