Deputat: Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin əsas qayəsini güclü Azərbaycan təşkil edir
Prezident İlham Əliyev media nümayəndələri ilə mütəmadi ünsiyyət qurur, onların suallarını cavablandırır, dövlətimizin qüdrətinin artırılması və xalqımızın rifahının yüksəldilməsi üçün görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verərək ictimaiyyətə çatdırır. Bu, dövlətimizin başçısının demokratik xarakterindən və böyük məsuliyyətindən irəli gəlir. Ənənənin davamı olaraq bu il yanvarın 10-da yerli televiziya kanallarına növbəti dəfə müsahibə verən Prezident İlham Əliyev ünvanlanan sualları dəqiq və səlis nitqi, məntiqli fikirləri ilə cavablandırdı, ötən illər ərzində atılmış addımların əhəmiyyətindən danışdı, hadisələrin ətraflı şərhini verdi. Dövlətimizin başçısı davamlı olaraq inkişaf edən, çiçəklənən, əmin-amanlığın, sabitliyin dərin kök saldığı qüdrətli Azərbaycanımızdan inamla və qürurla danışdı. Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin əsas qayəsini güclü Azərbaycan təşkil edir ki, bu gün biz onun vətəndaşlarıyıq. Dövlətimizin başçısı Azərbaycanın həyatında gördüyü unikal işlərlə, verdiyi müdrik qərarlarla xalqımızın hər bir nümayəndəsinin səmimi sevgisini və dərin məhəbbətini qazanıb. Onun rəhbərliyi ilə ölkəmiz daim inkişaf edib, uca zirvələr fəth edib, dünyada böyük mövqe sahibi olub.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AZƏRTAC-a açıqlamasında deyib.

Deputat bildirib ki, xalqı qarşısında Prezident kimi üzərinə götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirən İlham Əliyev ən böyük vədinə də sadiq qalaraq möhtəşəm Zəfərlə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müsahibəsində Prezidentimiz bu məsələnin üzərində xüsusi olaraq dayandı və Qələbəmizin əhəmiyyətini və rolunu ətraflı izah etdi. Sözsüz ki, bu, böyük tarixdir və bunu Prezident İlham Əliyev, Müzəffər Ali Baş Komandan yazıb. Qeyd edək ki, işğala son qoyaraq Azərbaycanın formalaşdırdığı yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanır və ümumilikdə bütün regionun hərtərəfli inkişafını hədəfləyir. Təəssüf doğuran məqam isə odur ki, buna mane olmağa çalışan dövlətlər də var. Məsələn, nədənsə Fransa bundan çox narahatlıq keçirir, bölgədə sabitliyi pozmağa çalışır, hətta Ermənistana silah ötürür, münasibətlərin normallaşmasına mane olmağa cəhd edir. Təbii ki, onların arzuları ürəklərində qalacaq. Necə ki, 30 il havadarlıq etdikləri, hərtərəfli dəstək verdikləri Ermənistanın işğal siyasətini Azərbaycan tamamilə iflasa uğratdı. Dövlətimizin başçısı həmçinin müsahibəsində “Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik” mesajını verdi. Ermənistan hakimiyyəti və cəmiyyəti tarixə nəzər salıb bu fikri də ciddi nəzərə almalı, Fransanın yalançı vədlərinə və fitnələrinə uymamalıdır”.

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı məsələyə də münasibət bildirərək Azərbaycanın mövqeyinin qəti və dəyişməz olmasını diqqətə çatdırdığını vurğulayan S.Möhbalıyev deyib: “Yəni dəhliz əvvəlki yerdən - Mehri ərazisindən keçməli, Azərbaycan üçün maneəsiz keçid olmalı, təhlükəsizlik təmin edilməlidir. Görürük ki, Ermənistan bununla bağlı üzərinə götürdüyü öhdəlikdən boyun qaçırır. Dəhlizin əhəmiyyətini və onlara gətirəcək xeyri hələ də anlamırlar. Real vəziyyətdə isə onlar daha çox dəhlizin açılmasında maraqlı olmalıdırlar, əks təqdirdə yenə də bir çox layihələrdən kənarda qalacaqlar. Dövlətimizin başçısı növbədənkənar prezident seçkiləri ilə də bağlı fikirlərə aydınlıq gətirdi. Dövlətimizin başçısı Azərbaycanın tarixində yeni dövr başladığını diqqətə çatdıraraq, seçkilərə müzəffər xalq kimi qatılacağımızı bildirdi. Qədirbilən xalqımız seçimində müdrikdir, öz gələcəyini, Vətəninin parlaq sabahını etibarlı, sınanmış, təcrübəli şəxsə etibar edir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi gələcəkdə daha böyük qələbələr, fəth ediləcək zirvələr, o cümlədən dirçəlmiş, sakinlərini bağrına basmış Qarabağımız gözləyir”.

Dövlətimizin başçısı müsahibəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçiriləcəyi ilə bağlı fikirlərini də bölüşdüyünü, ölkəmizin bu mötəbər tədbirə ev sahibliyini böyük hadisə kimi dəyərləndirdiyini xatırladan deputat qeyd edib: “Azərbaycan uzun illərdir beynəlxalq və regionlar tədbirlərin, qlobal əhəmiyyətli müzakirələrin aparıldığı və dünyanı narahat edən problemlərlə bağlı vacib qərarların qəbul edildiyi məkan kimi tanınır. Məhz bunun davamıdır ki, bu cür qlobal tədbirlərin Azərbaycanda keçirilməsinə etibar olunur. Təbii ki, COP29 indiyədək ölkəmizdə keçirilən digər tədbirlərdən əhəmiyyətinə və miqyasına görə xeyli fərqlənir. Prezident İlham Əliyevin də dediyi kimi bu, BMT Baş Assambleyasından daha mötəbərdir. Bir sözlə, Bakı tədbir çərçivəsində beynəlxalq mərkəz rolunda çıxış edəcək, 80 minə yaxın xarici qonağı qarşılayacaq. Əminik ki, Azərbaycan bunun da öhdəsindən layiqincə gələcək”.

Son xəbərlər

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031