Xəbərlər
29.12.2023, 22:49
Türkiyə Superkuboku: “Fənərbaxça” və “Qalatasaray” Ər-Riyadda keçirilməli olan oyuna çıxmaqdan imtina ediblər
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Qalatasaray”la “Fənərbaxça” arasında oynanılması gözlənilən “Turkcell Superkubok” matçı elan edilən saatda başlamayıb.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, komandalar stadiona çıxmaqdan imtina ediblər. Ər-Riyaddakı oteldə Türkiyə Futbol Federasiyası rəhbərliyi və klub prezidentlərinin görüşü davam edir.
Türkiyə Futbol Federasiyasının və klubların rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay