
Xəbərlər
12.01.2020, 14:22
Trampdan İrandakı etirazçılara farsca dəstək - Foto

ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyalarına münasibət bildirib.
O, tvitter hesabında etirazçılara fars dilində dəstək verib.
“Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezident olduğum gündən sizinləyəm və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, - deyə, Tramp qeyd edib.
Trampın fikrincə, İran hakimiyyəti “insan haqları qruplarına ölkədəki etirazları yerində izləməyə və məlumatlar çatdırmağa imkan verməlidir”: “Nə internetin kəsilməsi, nə də dinc nümayişçilərə qarşı növbəti qırğın baş verə bilməz. Dünya seyr edir”. (Qafqazinfo.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












