“44 günlük Vətən müharibəsi” kitabı çapdan çıxıb
“44 günlük Vətən müharibəsi” kitabı çapdan çıxıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 744 səhifəlik kitab Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb və işıq üzü görüb.

Geniş oxucu üçün nəzərdə tutulan əsərin müəllifi həmin İnstitutun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.

Nəşrdə Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi prosesindən tarixi xronoloji ardıcıllıqla bəhs edilib.

Kitabda açıq mətbuatda olan geniş informasiya mənbələrinə, hərbi ekspertlər, hərbi və beynəlxalq humanitar hüquq sahəsində ixtisaslaşan alimlər, mütəxəssislərin təhlilləri əsasında Ermənistan ilə Azərbaycan arasında İkinci Qarabağ müharibələrinin məzmununu müəyyənləşdirən əsas hərbi və siyasi komponentlərə qiymət verilir.

Nəşrdə Birinci və İkinci Qarabağ müharibələrinin əsas səbəbləri, onların bütün Cənubi Qafqazın taleyi üçün geosiyasi nəticələri müəyyənləşdirilməyə və göstərilməyə çalışılıb. Həmçinin beynəlxalq birliyin və münaqişəyə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə böyük diqqət yetirilib. Eləcə də, həmin müharibələrdə xronoloji ardıcıllıqla hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri əks olunub. Bununla yanaşı, Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın mərhələli, inkişafı və sabit təkamülü göstərilib.

Ümumilikdə Ermənistan-Azərbaycan cəbhəsində hərbi əməliyyatlar 44 gün (2020-ci il sentyabrın 27-dən – noyabrın 10-dək) davam edib və 2020-ci il noyabrın 10-da Ermənistanın faktiki olaraq hərbi kapitulyasiya aktı imzalanması ilə yekunlaşıb. Bu il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri Ermənistanın hərbi-siyasi məğlubiyyəti ilə nəticələnib. Beynəlxalq birlik Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bizim qədim tarixi torpağımız olduğunu qəbul etdi. Bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək və şanlı Qələbəyə doğru birlikdə irəliləyərək, işğaldan azad edilmiş torpaqlarda Dövlət Bayrağının qaldırılmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu.

Bununla əlaqədar münaqişənin səbəb və nəticələri ilə əlaqədar bütün problemlər kompleksinin hərtərəfli və dərindən tədqiqi, onun tənzimlənməsinin siyasi və hərbi güc metodlarının geosiyasi əhəmiyyətinin üzə çıxarılması bu kitab üzərində iş zamanı müəllif üçün müəyyənedici amillər olub.

Kitab Milli Müdafiə Universitetinin adyunktları, müəllimləri və dinləyiciləri, hərbi nəzəriyyəçi və praktiklər, beynəlxalq münasibətlər, humanitar və hərbi hüquq sahəsində ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulub. Bütün bunlarla yanaşı, əsər Azərbaycanın hərb tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, gedişi və konkret məzmunu ilə maraqlanan geniş oxucu kütləsi üçün də maraqlı mənbədir.

Son xəbərlər

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Ağ Ev İranla müharibənin bitdiyini Konqresə təqdim etdi

Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031