MDU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Noyabrın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bu ali təhsil müəssisəsinin əməkdaşları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) olublar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ziyarət çərçivəsində MDU heyəti İRİA-nın sədr əvəzi İnarə Vəliyeva ilə görüşüb və Agentliyin fəaliyyəti ilə yaxından tanış olub.

Görüşdə İ.Vəliyeva rəhbərlik etdiyi Agentlik tərəfindən ölkə miqyasında, o cümlədən regionlarda həyata keçirilən layihələrdən və tədbirlərdən bəhs edib. Regionlarda innovasiya ekosisteminin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan İ.Vəliyeva bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın önəmini diqqətə çatdırıb və MDU ilə işbirliyinin qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.

Rektor Ş.Bayramov isə MDU-nun strateji hədəfləri barədə məlumat verib. Yeni dövrün universitetinə çevrilməyin başlıca hədəflərdən olduğunu qeyd edən Ş.Bayramov bu məqsədlə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edən innovativ yanaşmalara MDU-nun açıqlığını, region ekosisteminin hərtərəfli inkişafına davamlı töhfə verilməsinin fəaliyyət prioritetlərindən olduğunu bildirib. Bu kontekstdə İRİA ilə əməkdaşlığın üstünlüklərindən bəhs edən rektor birgə fəaliyyətlərin nəticəyönümlülüyünə və məhsuldarlığına inandığını bildirib.

Sonra tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. MDU tələbələri və əməkdaşlarının startap fəaliyyətlərinə dəstək göstərilməsi, tələbə gənclərin Agentliyin müvafiq layihələrində daha fəal təmsil olunması, MDU-nun innovasiya potensialının inkişaf etdirilməsi və digər məsələlər barədə faydalı fikir mübadiləsi aparılıb, növbəti mərhələdə atılacaq addımlara dair ilkin razılıq əldə edilib.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da innovasiya və sahibkarlıq yönümlü təhsil mühitinin yaradılması diqqət mərkəzində saxlanılır və bu məqsədlə tərəfdaşlıqlara xüsusi önəm verilir.

Son xəbərlər

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək

“Bakı Marafonu 2026” başlayıb - FOTOLAR

"Halef"in aktyoru "Kıskanmakda" - FOTO

25 min iştirakçı 42 km-lik marafonda qələbə uğrunda mübarizəyə qoşuldu - Fotolar

Şərəf ordenli Səadət Butanın "Dağlar ağlar" şeirinə... - FOTO

Somali quldurları BƏƏ bayraqlı tankeri ələ keçirib

Qəzada ölən 17 yaşlı Yusifin - Fotoları

Şəhla Xəlilqızı : Aparar aşiqi məzara sevgi - FOTO

MƏMMƏD QƏDİR : Allahın yadında varamsa bəsdir - FOTO

Filippində Mayon vulkanı püskürməyə başlayıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Ata yurdumda düşüncələrim… - FOTO

“Keçmişə mesaj göndərmək mümkündür”

Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir

"Top ABŞ-nin meydanındadır" - İran rəsmisi

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031