AzTU, MDU və Qazi Universiteti arasında üçtərəfli əməkdaşlıq inkişaf edir
Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Süleyman Tekelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iştirak ediblər.

MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən hər üç ali təhsil müəssisəsinin təmsilçiləri tərəflər arasında əməkdaşlığın inkişafından məmnunluqlarını ifadə edib, qarşılıqlı maraq doğuran sahələrdə üçtərəfli formatda işbirliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb və bununla bağlı müvafiq təkliflərini diqqətə çatdırıblar.

Üçtərəfli əməkdaşlığın potensialını yüksək dəyərləndirən görüş iştirakçıları universitetlər arasında tələbə və müəllim mübadiləsi, ortaq araşdırma mərkəzinin yaradılması, birgə tədqiqatların yerinə yetirilməsi və məqalələrin hazırlanması, ikili diplom və sertifikat proqramlarının reallaşdırılması, ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, kampus idarəçiliyi, magistratura və doktorantura ali təhsil proqramlarının inteqrasiyası və digər istiqamətlər üzrə birgə fəaliyyətin perspektivləri barəsində ətraflı müzakirələr aparıb və müvafiq ilkin razılıq əldə ediblər.

MDU ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlığın əsası 2021-ci il martın 15-də hər iki universitetin rektorlarının Ankarada görüşü zamanı qoyulub. Bununla yanaşı, 2021-ci ilin 22-23 may tarixlərində AzTU, MDU və Türkiyənin Qazi Universitetinin rektorlarının Mingəçevirdə görüşü keçirilib. Görüş çərçivəsində Qazi Universiteti və MDU arasında əməkdaşlıq protokolu imzalanıb və üçtərəfli formatlarda işbirliyinin inkişaf etdirilməsi ilə barədə razılığa gəlinib.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi əsas hədəflərindən biri kimi müəyyənləşdirən MDU-da qabaqcıl yerli və xarici ali təhsil müəssisələri ilə işbirliyinə xüsusi diqqət yetirilir. Bu baxımdan MDU-nun AzTU və Qazi Universiteti ilə ikitərəfli və üçtərəfli əməkdaşlığının inkişafı universitetin potensialının gücləndirilməsində və müasir tələblərə uyğun keyfiyyətli kadr hazırlığının təmin edilməsində mühüm rol oynayır.
AzTU, MDU və Qazi Universiteti arasında üçtərəfli əməkdaşlıq inkişaf edir
AzTU, MDU və Qazi Universiteti arasında üçtərəfli əməkdaşlıq inkişaf edir

Son xəbərlər

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31