Türkiyəli professorlar Mingəçevir Dövlət Universitetinin kollektivinə təqdim edilibOktyabrın 12-də Mingəçevir Dövlət Universitetində (MDU) yeni fəaliyyətə başlayan Türkiyənin Qazi Universitetinin professorları Cemal Yılmaz və Ercan Nurcan Yılmaz kollektivə təqdim olunub. Təqdimatda MDU-nun rektoru Şahin Bayramov və inzibati heyət üzvləri iştirak ediblər.

Turaztv.az xəbər verir: MDU-dan AZƏRTAC-a bildirilib ki, görüş iştirakçılarını salamlayan rektor Ş.Bayramov qardaş Türkiyənin aparıcı tərəfdaş ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin professorlarını MDU-nun kollektiv üzvləri ilə bir arada görməkdən məmnunluğunu ifadə edib.

Qazi Universiteti və MDU arasında yaradılan əməkdaşlıq çərçivəsində qonaq professorların universitetin potensialının gücləndirilməsi və hərtərəfli inkişafına yaxından dəstək göstərəcəklərini vurğulayan rektor yeni dövrün universitetinin qurulmasında qabaqcıl xarici təcrübənin tətbiqinin üstünlüklərindən danışıb.

Strateji hədəflərə uyğun olaraq, MDU-nun strukturunun modernləşdirilməsi və müasir tələblər səviyyəsində fəaliyyətinin təkmilləşdirilməsinin zəruriliyindən söz açan Ş.Bayramov bununla bağlı qısa, orta və uzunmüddətli perspektivdə qarşıda duran vəzifələri diqqətə çatdırıb, öz elmi-pedaqoji və idarəetmə təcrübələri ilə türkiyəli professorların universitetin inkişafına əhəmiyyətli töhfə verəcəklərinə əminliyini bildirib.

Göstərilən etimada və diqqətə görə universitet rəhbərliyinə təşəkkür edən türkiyəli professorlar C.Yılmaz və E.N.Yılmaz qardaş universitetin müasirləşməsi yolunda bilik və təcrübələrini əsirgəməyəcəklərini və üzərilərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərini qeyd ediblər. Əsas məqsəd kimi MDU-nun inkişafında pay sahibi olmağı qarşıya qoyduqlarını vurğulayan professorlar universitetin kollektiv üzvləri ilə birlikdə məhsuldar fəaliyyət göstərəcəklərinə inandıqlarını söyləyiblər.
Qeyd edək ki, Türkiyənin Qazi Universiteti ilə yaradılan işbirliyi çərçivəsində elektrik və elektronika mühəndisliyi, informasiya təhlükəsizliyi sahələri üzrə tanınmış alimlər C.Yılmaz və E.N.Yılmaz cari tədris ilində MDU-nun Mühəndislik fakültəsində professor vəzifəsində elmi-pedaqoji fəaliyyətlərini davam etdirirlər.
Türkiyəli professorlar Mingəçevir Dövlət Universitetinin kollektivinə təqdim edilib

Son xəbərlər

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31