Şəkərli diabetin erkən diaqnozu başqa xəstəliklərin də qarşısının alınması deməkdir
Respublika Endokrin Mərkəzində şəkərli diabetdən əziyyət çəkən 1300-ə yaxın uşaq qeydiyyatdadır. Onlardan 123 nəfəri insulinin vurulmasında xüsusi cihazlar olan pompadan istifadə edir. 18 yaşadək olan həmin uşaqlar ən keyfiyyətli insulinlə təmin olunurlar. Digər MDB ölkələrində bu cür insulinlə təminat yoxdur. Bu uşaqlara diqqət çox yüksək səviyyədədir. Məqsədimiz şəkərli diabetdən əziyyət çəkən uşaqların da öz yaşıdları kimi böyüməsi, onlara sağlam gələcək bəxş etməkdir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Endikrinoloji Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova deyib.

Onun sözlərinə görə, ölkəmizdə yalnız uşaqlar deyil, böyüklər də ən yaxşı insulinlə təmin olunurlar: “Poliklinikalarda qeydiyyatda olan şəkərli diabetdən əziyyət çəkən şəxslərin, həmçinin lazımi preparatlarla təminatı aparılır. Bu gün Azərbaycanda şəkərli diabetin müalicə və müayinəsinə çox böyük diqqət yetirilir. Lakin biz arxayınlaşmamalı, daha da fəallıq göstərməliyik. Dünyada şəkərli diabetdən əziyyət çəkənlərin sayında artım tendensiyası müşahidə edilir. Məqsədimiz şəkərli diabetin erkən aşkarlanmasıdır. Çünki erkən diaqnoz başqa xəstəliklərin də qarşısının alınması deməkdir. Odur ki, şəkərli diabetdən əziyyət çəkənlərin lazımi preparatlarla təminatı ilə yanaşı, həm onların, həm tibb personalın, həm də əhalinin maariflənməsinə çalışırıq”.

Son xəbərlər

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

RTÜK Baxçalının serialını da cərimələdi

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Valideyn konfransları davam edir - FOTOLAR

Abbas Bağırov – Azərbaycan Səhiyyəsində Peşəkarlıq və Etibar Nümunəsi - FOTO

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

"ABŞ hazırda müharibə vəziyyətində deyil" - ABŞ rəsmisi

"Yeraltı"ndan getdi - FOTO

Üç ilə qədər həbs oluna bilər

Aybəniz Qafarlı : Dünya Türkün Olacaq - FOTO

Baş katib: Budəfəki Avropa Kuboku formatına görə əvvəlkilərdən fərqlənir

Natella Nur : HAQQI NAHAQQA VERMƏYİN - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031