Bakıda qarğalar niyə çoxalıb? - Alim səbəblərini AÇIQLADI
Son zamanlar paytaxt səmasında, eləcə də küçələrdə və parklarda qarğalara daha çox rast gəlinir. Qarğaların bu qədər çoxalması isə park və xiyabanlarda digər quşların və göyərçinlərin uçub getməsinə səbəb olur. Hətta bəzi hallarda qarğaların park və digər məkanlarda uşaqların əlindən qida vasitələrini qoparmağa cəhd göstərdikləri də müşahidə olunur. Maraqlıdır ki, qarğaların sayının artmasının səbəbi nədir?

Turaztv.az Sfera.az-a istinadən bildirir ki, Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov İqtisadiyyat.az-a açıqlamasında qarğaların sürətli şəkildə çoxalmasının səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, qarğaların sayının artmasının başlıca səbəbi məhdudlaşdıracaq limit amillərinin olmamasıdır: "Yəni qarğanın əti və yumurtası yeyilmir, hər yerdə yuvalaya bilir. O cümlədən hər şey yeyə bilir. Şəhərdə ala qarğanın artması sərçələrin yoxa çıxmasına təsir edib. Ala qarğa hətta sərçələrin həm balalarını, həm də yumurtalarını yeyir. Ona görə də sərçələr daha təhlükəsiz yerlərə gedirlər. Bir sözlə, şəhər mühitində yaşamaq qarğalar üçün çətinlik yaratmır".
T.Kərimov paytaxtda yayılan qarğaların əsasən ala, yaxud boz qarğa növünə aid olduğunu söyləyib. Onun sözlərinə görə, qarğa yeganə quşdur ki, güzgüdə özünü və eləcə də digər adamları da tanıya bilir. Ona görə də qarğalar ən çox Dənizkənarı Milli Parkda çayxanaların, kafelərin ətrafında toplaşırlar:
"Qarğa kosmopolit növdür və bu növ quşlar Antraktida və Arktikadan başqa dünyanın hər yerinə yayılıblar. Qarğanın xəstə, zəif quşları sıradan çıxarması əslində insan üçün xeyirdir. Çünki bu, xəstəlik ocaqlarının yaranmasının qarşısını alır. Qarğalar həm quşlar arasında sağlamlaşdırma aparırlar, həm də sağlamları saxlayıb özlərinin gələcək yem bazalarını təmin edirlər. Bütün bunlar elmi sübutlardır. Qarğaların ziyanlı tərəflərinə gəlincə, qarğanı tutmaq, əllə toxunmaq olmaz. Hətta yerə düşmüş qarğa ölüsünü ancaq əlcəklə götürmək olar. Ölü qarğanı bədənə yaxınlaşdırmaq olmaz, çünki insana ektoparazitlər keçə bilər".

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930