Mahaçqala hava limanı bir həftə bağlı olacaq
Mahaçqala hava limanı noyabrın 6-dək bağlı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Mahaçqala hava limanı 29 oktyabr Moskva vaxtı ilə saat 21:40-dan 6 noyabr saat 02:59-dək fəaliyyət göstərməyəcək.