İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında infrastrukturun və ekosistemin bərpası uzun illər və külli miqdarda vəsait tələb edir
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Brüsseldə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının, Avropa Regional Ofisinin, BMT-nin Ətraf Mühit Proqramının və Brüssel Koordinasiya İdarəsinin birgə təşkilatçılığı ilə “Təmiz, sağlam və dayanıqlı ətraf mühit hüququ” mövzusunda keçirilən “İnsan hüquqları 75” - Avropa və Mərkəzi Asiya Yüksək səviyyəli Regional Dialoqunda iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, A.Səfixanlı konfransda çıxışı zamanı ekoloji tarazlığın qorunub saxlanmasının, ətraf mühitin mühafizəsinin, təbii ehtiyatlardan səmərəli istifadənin son dövrlərdə aktual məsələyə çevrildiyini və dövlətlər tərəfindən davamlı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini bildirib.

Hazırda dünyada baş verən müharibələrin, bəzi ölkələrin işğalçılıq və etnik təmizləmə siyasətinin ətraf mühitə mənfi təsir edən əsas amillərdən olduğunu söyləyən Aparat rəhbəri, Azərbaycanın Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq, mina terroru və ekoterrorizm siyasətindən əziyyət çəkdiyini diqqətə çatdırıb.

Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) hələ də fəaliyyət göstərdiyini və bütün bölgə üçün potensial təhlükə mənbəyi olduğunu qeyd edən A.Səfixanlı BMT-nin əlaqədar qurumlarını bu məsələyə diqqət ayırmağa, sağlam ətraf mühitə və fundamental insan hüquqlarının təmininə ciddi təhdid olan təhlükənin aradan qaldırılması istiqamətində addımlar atmağa dəvət edib.

Aydın Səfixanlı ərazilərinin işğaldan azad edilməsinə baxmayaraq, Azərbaycanın hələ də işğalın mənfi təsirini yaşadığını, tamamilə məhv edilmiş infrastrukturun və ekosistemin bərpasının bundan sonra uzun illər və külli miqdarda vəsait tələb etdiyini bildirib.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terrorundan bəhs edən Aparat rəhbəri minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilmədiyini qeyd edib, mina probleminin keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitdiyini və çoxsaylı insan itkilərinə səbəb olduğunu, ekoloji problemlərin yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsindən bu günədək 330-dan çox şəxsin mina qurbanına çevrildiyini söyləyib.

Təmiz, sağlam, dayanıqlı ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi məsələsinin Azərbaycan Ombudsman təsisatının daim diqqət mərkəzində olduğunu söyləyən A.Səfixanlı qeyd olunan məsələlərlə bağlı fakt-araşdırıcı missiyaların həyata keçirildiyini, müvafiq hesabat, müraciət və bəyanatların hazırlanaraq beynəlxalq təşkilatlara ünvanlandığını diqqətə çatdırıb.

Aydın Səfixanlı beynəlxalq ictimaiyyəti sağlam ətraf mühitdə yaşamaq hüquqlarının pozulmasına səbəb olan amillərin aradan qaldırılması naminə həmrəylik nümayiş etdirməyə və bu istiqamətdə qarşılıqlı əməkdaşlığa çağırıb.

Son xəbərlər

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930