Ombudsman Mərakeş Krallığında beynəlxalq konfransda iştirak edib - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığının Ombudsman İnstitutunun 20 illiyi münasibətilə Krallığın Rabat şəhərində “Dövlət siyasətində insan hüquqlarının effektivliyinin inkişaf ölçüsünün təmin edilməsi: Ombudsmanlar və Mediatorların rolu nədən ibarətdir?” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, S.Əliyeva əvvəlcə Mərakeş Krallığının Ombudsmanını və qurumun kollektivini təsisatlarının 20 illiyi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxışı zamanı Ombudsman son dövrlərdə dünyada təbii fəlakətlər və hərbi münaqişələr səbəbilə baş verən böhran vəziyyətlərinin insan hüquqlarına mənfi təsirinə diqqət çəkib, bu səbəbdən yaranan problemlərin həllində dünya dövlətlərinin həmrəyliyinin əhəmiyyətini vurğulayıb. O, həmçinin təbii fəlakətlər, pandemiya və hərbi münaqişələr zamanı insan hüquqlarının səmərəli müdafiəsində milli insan hüquqları institutlarının rolunun önəmini qeyd edib.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətlərindən danışan Ombudsman pandemiya və hərbi münaqişə zamanı xüsusilə həssas əhali qruplarının hüquqlarının səmərəli müdafiəsi sahəsində təsisatın əldə etdiyi müsbət təcrübələr barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, bu kimi hallarda vətəndaşların Ombudsmana müraciət imkanlarının asanlaşdırılması və müraciətlərə çevik şəkildə reaksiyanın göstərilməsi olduqca vacibdir.

44 günlük Vətən müharibəsində Ermənistanın törətdiyi müharibə cinayətlərindən danışan Ombudsman müharibə və müharibədən sonrakı dövrdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar əsasında hazırlanan hesabatlar barədə iştirakçılara məlumat verib. Həmin hesabatların beynəlxalq insan hüquqları təşkilatlarına göndərildiyi və bir sıra beynəlxalq qurumlar tərəfindən həmin hesabatlara istinadlar edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həmin ərazilərin işğalı dövründə Ermənistan tərəfindən basdırılan minalar insanların həyat və sağlamlıqları üçün ciddi təhlükə törədir, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarına ciddi maneə yaratmaqla regionda sülh prosesini də ləngidir.

Yekunda Ombudsman dünya ictimaiyyətini insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması hallarına qarşı səssiz qalmamağa və birlik nümayiş etdirməyə çağırıb.

Konfrans məruzələr ətrafında müzakirə ilə işini davam etdirib.
Ombudsman Mərakeş Krallığında beynəlxalq konfransda iştirak edib - FOTO

Son xəbərlər

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930