Ümummilli Liderin 100 illiyinə və “Xalq nəzarəti” jurnalının 25 illiyinə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 14-də Bakıda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və “Xalq nəzarəti” beynəlxalq ictimai-siyasi hüquq jurnalının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ərazilərimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra "Xalq nəzarəti" beynəlxalq ictimai-siyasi hüquq jurnalının 25 illik yubileyinə həsr edilən videotəqdimat nümayiş olunub.

Jurnalın təsisçisi və baş redaktoru Alman-Azərbaycan birliyinin rəhbəri İnsaf Əliyeva bildirib ki, bu günlərdə 25 illik fəaliyyətini qeyd edən “Xalq nəzarəti xalq ilə" jurnalı Ulu Öndərə olan sonsuz ehtiram və sevgisini xüsusi buraxılış nəşr etməklə ifadə edib.

Qeyd edib ki, “Xalq nəzarəti” aylıq jurnalının məqsədi Prezident İlham Əliyevin xalqımızın rifahı və dövlətimizin daha da inkişafı yönündə apardığı daxili və xarici siyasətini dəstəkləyərək cəmiyyətə çatdırmasına yardımçı olmaqdır. Həmçinin dövlətin və xalqın mənafeyinə uyğun olaraq həyata keçirilən tədbirləri ictimaiyyətə çatdırmaq və xaricdəki səfirlik və diaspor təşkilatlarının, iş adamlarının fəaliyyətini işıqlandırmaqdan ibarətdir. Həmçinin respublikamızda baş verən yenilikləri, ictimai-siyasi həyatımızda qazanılan uğurları ölkəmizlə yanaşı, beynəlxalq aləmdə də geniş oxucu kütləsinə çatdırmaq, Azərbaycan elmini və mədəniyyətini təbliğ etməkdir.

Tədbirdə çıxış edən filologiya üzrə elmlər doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Ulu Öndər Heydər Əliyev barədə fikirlərini bölüşüb, “Xalq nəzarəti” jurnalının əhəmiyyətindən danışıb. "Jurnalın ən böyük üstünlüyü bir çox ölkələrdə yayımlanması, geniş oxucu auditoriyasına malik olmasıdır", - deyə akademik əlavə edib.

Bakı Dövlət Universitetinin dosenti, şərqşünas alim Əsmətxanım Məmmədova deyib ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, bir milyon soydaşımızın qaçqın düşməsi Ulu Öndəri ən çox narahat edən məsələ idi. Ümummilli Lider hələ o vaxt deyirdi ki, biz mütləq Qarabağı geri qaytaracağıq. Əgər bu problem sülh yolu ilə həll olunmasa, müharibə ilə işğala son qoyacağıq. Onun bu arzusunu Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə reallaşdırdı. İllər ötəcək, lakin Heydər Əliyevin dahi siyasətçi kimi əziz xatirəsi daim könüllərdə yaşayacaq.

Daha sonra tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli, Türk Dövlətləri Parlament Assambleyası Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkov və digərləri Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

Son xəbərlər

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930