Səfir: Oktyabrın 7-si Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacaq VİDEO
Azərbaycandakı bacı və qardaşlarımızdan gələn dəstək mesajları bizi heyrətə gətirdi



İsrailin Azərbaycandakı səfiri Corc Dik son günlər bu ölkədə baş verən hadisələrlə bağlı açıqlama yayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, açıqlamada oktyabrın 7-nin Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacağı qeyd olunub. Vurğulanıb ki, HƏMAS terrorçuları İsrail vətəndaşlarını öldürmək, qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərə hücum edərək gözlənilməz müharibəyə başlayıb.

Səfir bildirib ki, baş verən hadisələr nəticəsində 700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb. Hücumun vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi.

“HƏMAS bir soyqırımı təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışır. Bu, onların nizamnaməsində yazılıb. Nifrət mədəniyyəti bu barbarlığın səbəbidir. Bu gün baş verənlər İsraildə görünməmiş bir hadisədir və biz bunun bir daha baş verməyəcəyinə əmin olacağıq.

İsrail ordusu HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq. Bu müharibədir. Təəssüf ki, bu, İsrail tarixində faciədən qalxmalı olduğumuz ilk müharibə olmayacaq.

Əvvəllər də hücuma məruz qalırdıq, sayca az idik, qəfil yaxalanırdıq. Biz Yom Kippur müharibəsinin 50 illiyini qeyd etdik, o müharibənin ki, ərəb dünyasının orduları İsraili işğal etmək istəyirdi. Sonda İsrail ordusu Qahirə və Dəməşqin qapılarında idi.

Bu dəfə də Yaxın Şərq reallığını dəyişəcəyik. Qan vermək üçün gözləyən yüzlərlə israilli var. Yüzlərlə israilli ehtiyac anlarında Cənubda yaşayan xalqına kömək etmək üçün könüllü olaraq çalışır. Orduya qoşulmaq və ədalət uğrunda döyüşmək üçün dünyanın hər yerindən geri uçan insanlar var. Biz öz ailəsini, torpağını qoruyacaq şir millətiyik. Biz qərarlıyıq, biz birik və biz qalib gələcəyik”, - deyən C.Dik Azərbaycandakı bacı və qardaşlarından gələn dəstək mesajlarının onları heyrətə gətirdiyini vurğulayıb.

O, həmçinin diqqətə çatdırıb: “Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, e-poçt, votsap və zəng aldığımızı saymağı dayandırdım. Səfirliyin darvazası önünə gül dəstələrinin düzülməsi isə doğrudan da ürəkaçandır.

İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun!”.

Diplomat, eyni zamanda, beynəlxalq ictimaiyyətə müraciət edib. Səfir deyib: “Bu, yaxşı ilə şərin, doğru ilə batilin savaşıdır.

Doğru tərəfdə olduğunuzdan əmin olun və İsrailin özünü müdafiə etmək hüququnu bütün lazımi vasitələrlə dəstəkləyin.

Bu müharibə uzun sürəcək, çətin olacaq, amma biz nə etməli olduğumuzu edəcəyik və sülhü geri qazanacağıq”.

Son xəbərlər

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031