Qəhrəman oğulun fədakar anası, vətənpərvər müəllim - FOTO
Bu gün Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri, baş leytenant, Vətən Müharibəsi Qəhrəmanı, Zaqatalanın Aşağı Tala kəndindən olan Valeh Bədəlovun şəhadətə yüksəlməsinin üçüncü ili tamam olur.

Qəhrəmanlarımızı tanımaq və tanıtmaq əsas vəzifələrimizdən sayılır. Lakin bu igid, qəhrəman, vətənpərvər oğulları böyüdüb boya-başa çatdıran valideynləri haqqında demək olar çox az bəhs olunur. Bu mənada Valeh Bədəlovun anası Südabə Bədəlovanı tanımaq tam yerinə düşər.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Südabə Bədəlova ömrünün 31 ildən çoxunu məktəblilərin təlim-tərbiyəsinə həsr edib, yüzlərlə gəncin ilk müəllimi sayılır. Əməkdaşımız onunla görüşərək həm böyüdüb boya-başa çatdırdığı övladı, həm də təlim-tərbiyə verdiyi şagirdləri haqda fikirlərini öyrənib.
Qəhrəman oğulun fədakar anası, vətənpərvər müəllim - FOTO

31 il, 8 buraxılış və onlarla vətənpərvər övlad

Südabə xanım Zaqatalanın Aşağı Tala kənd Ramiz Şabanov adına 3 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. O, bu il müəllimlərin sertifikasiya imtahanında qısa müddətə ən yüksək nəticə göstərərək öz həmkarlarına, eləcə də gənc nəslə bir nümunə olub.
Müəllim deyir ki, onun istənilən dərsi vətənpərvərlik ruhunda təşkil edilir. Dərslərdə uşaqlara Vətənimiz, dövlətimiz, onun sərhədləri, həyata keçirilən son uğurlu lokal xarakterli antiterror tədbirləri barədə məlumat verilir.
Məktəbin direktor müavini Mehbarə Qaracayeva deyir ki, Südabə müəllimənin buraxılış sinifləri bütün dövrlərdə yüksək nəticələri və vətənpərvər oğulları ilə fərqlənib.
Qəhrəman oğulun fədakar anası, vətənpərvər müəllim - FOTO

Hər bir uğurun təməli ibtidai sinifdən qoyulur

Südabə Bədəlova deyir ki, ibtidai siniflər sanki həyatın təməlidir. Həm bütün elmlərin təməli burda qoyulur, həm şagirdlər bir şəxsiyyət kimi bu siniflərdə formalaşır, həm vətənpərvərlik, həm də əxlaq, tərbiyə və sair. “Bu mənada, bir müəllim kimi bütün bu aspektlərə, xüsusilə onların milli-mənəvi tərbiyəsinə və vətənpərvərlik ruhunda böyüməsinə, şəxsiyyət kimi formalaşmasına ciddi fikir veririk”, - deyə o qeyd edir.
Qəhrəman oğulun fədakar anası, vətənpərvər müəllim - FOTO

Baş tacımız- əsas guşədəki Qəhrəmanlarımız

Bədəlovların evi Aşağı Talanın yeni massivində yerləşir. İndi çox az adam tapılar ki, bu qapını, bu ünvanı tanımasın. Həyət-bacadakı səliqə-sahman göz oxşayır. Müəllimə dərsdən sonrakı boş vaxtlarını həyat yoldaşı Vahid dayı ilə əsasən həyətin abadlığına, səliqə-sahmana sərf edir.
Qəhrəman oğulun fədakar anası, vətənpərvər müəllim - FOTO

Bütün şəhid evlərində olduğu kimi, Bədəlovlarda da evin əsas guşəsini baş tacımız qəhrəmanımıza aid materiallar bəzəyir. Valehin guşəsinin qarşısında dayanıb Südabə müəllimə ilə söhbətləşirik. “Mənim şagirdlərim içərisində də hərbi sahəyə yönələnlər, Vətəni qorumağı seçənlər çoxdur. Elə mənim oğlum da bu sahəni seçmişdi. O, hərb sahəsini seçərək Vətəni qorumağı hər şeydən üstün tutdu”, - deyə o qeyd edib. Bildirir ki, Vətən müharibəsindən sonra hərb sahəsinə gedənlərin sayı daha da çoxalıb. Elə müəllimənin onlarla yetirməsi hərbi sahəyə müraciət edib. Şagirdləri, eləcə də digər məktəblərdə təhsil alan gənclər Valehin məzarını ziyarət edib Vətənə sədaqət andı içərək Südabə müəllimədən xeyir-dua alıblar. Bu isə ancaq qürurvericidir.
Qeyd edək ki, Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. O, ali təhsilini Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə almasına baxmayaraq, hərb sahəsini seçib.
Onun əzmkarlığı və hərbi sahəyə olan marağı komandanlığın diqqətindən yayınmır. Valeh Xüsusi Təyinatlı Qüvvələrə cəlb edilir. Nəhayət baş leytenant Valeh Bədəlov Türkiyədə komando kurslarına göndərilir. Buradakı uğurları ilə adından bəhs etdirən Valeh komandanlığın əksər tədbirlərinin iştirakçısına çevrilir. O, Aprel döyüşlərində iştirak edir, Vətən müharibəsi başlayanda isə ön sıralarda yer alır və Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.
Qəhrəman oğulun fədakar anası, vətənpərvər müəllim - FOTO

Bütün bunları danışan Südabə müəllimə nəhayət Valehin medallarına tərəf yönəlir. Deyir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Valehə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda”, Cəbrayılın, Kəlbəcərin, Xocavəndin, Qubadlının, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Bu gün əvvəlki illərdə olduğu kimi, yüzlərlə zaqatalalı Valehin uyuduğu məzarlığa gələrək onun ruhuna dualar oxuyur, xatirəsini ehtiramla anır.

Bu müqəddəs məkanı ziyarət edənlər sırasında ailə üzvləri və onun bizə əmanət qoyduğu iki gül balası da var. Övladlarının Valehin mərmər abidəyə həkk edilən şəklini oxşamaları, atalarını öpərək “Mənim atam qəhrəmandır” demələri hər kəsi göz yaşlarına boğur, qürurlandırır.

Son xəbərlər

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031