Azərbaycanın beynəlxalq təşkilata qoşulmasını əngəlləyən səbəblər: Korrupsiya...
Azərbaycanın Ümumdünya ünya Ticarət Təşkilatına qoşulub- qoşulmaması məsələsi iqtisadçıları iki cəbhəyə bölüb. Hakim partiyanı təmsil edənlər bunun hələ vaxtının çatmadığını desələr də , daha realis düşüncələri ilə fərqlənən iqtisadçılar bu üzvlüyün faydalı olacağını deyirlər.
İqtisadçı alim Qubad İbadoğlu isə ölkəmizin ÜTT-yə üzvlüyünün gecikdirilməsini Bizimyol.info-ya aşağıdakı kimi açıqlayıb.

“Əvvala ÜTT qaydalara əsaslanan bir sistemdir. Onun ticarət qaydaları üzv dövlətlərin danışıqlar apardığı sazişlərdən ibarətdir. İkincisi, ÜTT sazil'ri yalnız ticarəti və tarifləri deyil, həm də xidmət sahələrinin xarici rəqabətə açılmasını, əqli mülkiyyətin yüksək səviyyədə qorunmasını, dövlət satınalmalarının şəffaflığını, informasiya texnologiyaları, eləcə də mülki aviasiya bazarının liberallaşdırılmasını, ticarətlə əlaqəli investisiya tədbirlərini tənzimləyir. Nəhayət, bu sazişlər ticarət mübahisələrin həll edilməsi üçün prosedurlar təyin edir, az inkişaf etmiş ölkələr üçün xüsusi rejimlər müəyyən edir və üzv ölkələrdən onların üzərinə dərc etmə və bildiriş öhdəlikləri qoymaqla şəffaflığı təmin edir.

Göründüyü kimi bütün bu qaydalar Azərbaycan iqtisadiyyatında mövcud olan inhisarlarşma, biznesində hökmran mövqeyi ilə seçilən paşalaşma, dövlət satınalmalarında müşahidə edilən korrupsiyalaşmaya ziddir. Hesab edirəm ki,164 üzvü olan ÜTT-dən kənarda qalan Azərbaycanın bu təşkilata qoşulmamasının əsil səbəbi budur”.

Qeyd edək ki, 2018-ci il iyul ayına ÜTT-nin 164 üzvü var. Ən son təşkilata qoşulan dövlət Əfqanıstandır (iyul 2016-cı il). Beynəlxalq ticarətin 97%-i ÜTT üzvlərinin payına düşür.

Azərbaycan, Özbəkistan və Türkmənistan istisna olmaqla bütün MDB dövlətləri ÜTT üzvüdür. Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan təşkilata ilk olaraq üzv olmuşlar. Ukrayna 2008-ci ildə üzv olub, Rusiya 2012-ci ildə, Tacikistan 2013-cü ildə və Qazaxıstan isə 2015-ci ildə üzv olmuşdur.

Hazırda 22 dövlət üzvlük prosesindədir, onların adları aşağıdakı xəritədə sarı rənglə qeyd olunmuşdur. İran hələ ki, ÜTT-nin üzvü olmayan ən iri iqtisadiyyatı olan ölkədir. Bir sıra dövlətlər, o cümlədən, Komoros və Bosniya və Herseqovina ilə aparılan danışıqların 2018-ci ildə sona çatdırılması gözlənilir. Bir sıra dövlətlər, o cümlədən, Belarus aktiv şəkildə danışıqlar aparır. Yalnız Şimali Koreya və Türkmənistan da daxil olmaqla, bir neçə dövlət ÜTT üzvlüyü üçün müraciət etməmişlər.

Dövlətlər niyə üzv olur?

İqtisadiyyatlarının çox iri, iri, orta və ya kiçik, ölçülərinin iri, orta və ya kiçik olmasından, iqtisadi və ya siyasi modellərindən asılı olmayaraq, fərqli qitələrdə yerləşən 36 dövlət, ÜTT-yə qoşulmağın bütövlükdə onların maraqlarına (təkcə iqtisadi maraqları deyil) daha yaxşı xidmət edəcəyi barəsində razılaşırlar.

Dövlətlər ÜTT-yə üzv olmaq istəyirlər. Lakin hələ ki, heç bir dövlət ÜTT-ni tərk etmək üçün ciddi bir addım atmamışdır.

Ölkələr üzvlükdən nə əldə edir?

İqtisadi göstəricilərin yaxşılaşdırılması və ticarətdə artım

İqtisadiyyatın struktur dəyişikliyi

İqtisadiyyatın diversifikasiyası

Artan rəqabət

İşgüzar mühitin gücləndirilməsi

ÜTT-yə üzvlük bütün üzv ölkələr tərəfindən üzv olan ölkəni mütləq qaydada və avtomatik olaraq bazar iqtisadiyyatı kimi qəbul edəcəkləri anlamını daşımır. Misal üçün, Çin və Vyetnam razılaşmalı olublar ki, üzv olandan sonra müəyyən müddət ərzində onlar ticarətin qorunması üzrə araşdırmalar kontekstində “qeyri-bazar iqtisadiyyatı” kimi qəbul oluna bilərlər. Üzvolma Protokolunda bu cür məsələlər yer almayan Gürcüstan və ya Ermənistan kimi digər ölkələr də hal-hazıradək qeyd olunan araşdırmalar zamanı “qeyri-bazar iqtisadiyyatı” ölkələri kimi qəbul edilirlər.

Son xəbərlər

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031