30 ildən sonra eşidilən məktəb zəngləri... FOTO
30 ildən sonra eşidilən məktəb zəngləri...


30 il əvvəl ağlaya-ağlaya məcburi tərk etdiyimiz ocağımıza şükürlər olsun ki, sevinə-sevinə qayıtmaq da varmış qismətimizdə.. . Ümidlərimizin sönüb öləziyən bir vaxtda qüdrətli ordumuz umid işığımızı yenidən yandırdı. Fəxrlə deyə bilərik ki , daha Azərbaycanı zəfərə, qalibiyyətə apara bilən güclü bir dövlət başçısı, yenilməz bir sərkərdəmiz var.
Şəhərlərimizi, kəndlərimizi viran qoyan düşmənin başı əzildikdən sonra yurd yerlərimizə bir qayıdış başlayıb. Obalarımız firavanlığa , yuvalarımız işıqlı günlərə çıxıb. İşğaldan azad olunmuş bütün ərazilərdə Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə yenidənqurma, bərpa işlərinə start verilib. Kəndlər, şəhərlər yenidən qurulur. Tariximizin 30 illik qəm vərəqlərini yeni səhifələr əvəz edir. Mərhələli şəkildə ailələr öz yurdlarına qayıdırlar, həyat öz axarına dönür.

Köçkünlərimiz uzun illər arzuladıqları xəyalı ilə yaşadıqları yurda dönüş sevincini yaşayırlar . Artıq bu yerlərdən uşaq gülüşləri, ağsaqqal xeyir-duası, ağbirçək anaların alqışları eşidilir . Qarabağ yenidən toy-büsatlı günlərinə qayıdır . İllərdir səssizliyə qərq olan məktəblərdə ilk zənglər çalınır. Cəbrayılda, Zəngilanda, Laçında, Fizulidə çalınan məktəb zəngləri isə təkcə uşaqlara deyil, həm də bütün ailələrə bir çağırışdır. Mən də 10 il təhsil aldığım öz doğma məktəbimi xatırladım. Kəndimiz işğaldan azad olunsa da, üç tərəfdən ermənilərin yaşadığı kəndlərlə sərhəd olduğu üçün hələlik gedib - gəlmək mümkün deyil. Ağdam Rayon Qalayçılar kənd orta məktəbi istər təhsildə, istər təlim - tərbiyə məsələlərində həmişə fərqli bir məktəb olub . Məhz buna görə Qonşu kəndlərdən həmişə bizim məktəbin sorağına gələn şagirdlər vardı. Hər birimizin mənəvi beşiyi sayılan məktəbimizdə müəllimlərimiz bizə tək yazıb-oxumağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirdilər, həmçinin yaşamağı, Vətəni sevməyi və müdafiə etməyi də öyrədirdilər. Bunun nəticəsiydi ki, məktəbin məzunlarının sorağı həkim, müəllim, mühəndis, hüquqşünas və s. peşə sahibləri kimi ölkəmizin müxtəlif yerlərindən gəlirdi... Bunun nəticəsiydi ki, Qarabağ savaşları başlayanda məktəbimizin məzunları ilk silaha sarılan igid döyüşçülərdən oldular...
Təəsüf ki, mənfur düşmənin xarabalığa çevirdiyi məktəbimizdə indi ilanlar, həşəratlar yuva salıb ... Viran qalan kəndimizdə nə məktəb var, nə şagird, nə müəllim var, nə də valideyn... Sevimli müəllimlərimizdən, sinif yoldaşlarımızdan ayrılmağımız üzun illər oldu... Qaçqınlıq, köçkünlük, Vətən, yurd itgisi, doğulduğu eli, obanı itirmək bir çox insanın ömür yollarını daha da qısa etdi. Bir zamanlar məktəb direktorumuz olan Zülfiqar Hüseynov , İsmayıl Məmmədov , İdris Məmmədov, Bəylər İsmayılov, Surxay Həsənov, Əziz Gülməmmdov, Xosrov Əhmədov və digər müəllimlərimiz artıq dünyalarını dəyişiblər. Müharibədə sevimli müəllimimiz Yusif İsmayılovun da, sinif yoldaşlarımızın da şəhidliyi gözümüzün önündə oldu...
Bu yeni dərs ilində müəllimlərimizi və sıralarımızı bizdən əvvəl tərk edən sinif yoldaşlarımızı sayğı ilə anırıq. Bu gün Laçında, Fizulidə 30 ildən sonra çalınan məktəb zəng səsləri bizi kövrəltsəə də, həm də bizə böyük ümid, qürur hissi bəxs edir . Bu yerlərdə yenidən şagirdlərin hay-küyü eşidilir, müəllim təbəssümü, valideyn sevinci görünür, həyat canlanır...
Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə bildirib ki,
İşğaldan azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim tədris verəcək. Şagirdlərin sayında isə artımlar mütəmadi olacaq, çünki köç prosesi davam edir.
Bütün bunlara baxdıqca biz də əmin oluruq ki, vaxt gələcək bütün köçkünlərimiz yenidən doğma ata- baba yurdlarımıza qayıdacaq . Qalayçılar kəndində uşaqlarımız bizim yarımçıq qoyduğumuz işləri tamamlayacaq və yenidən o torpağı gülüstana çevirəcəyik. Doğma məktəbimizin zəng səsini eşitmək ümidi ilə Zəkurə QULİYEVA,
"Qarabağ"

30 ildən sonra eşidilən məktəb zəngləri... FOTO

Son xəbərlər

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930