Xəbərlər
9.09.2023, 00:33
Makron Reqbi üzrə Dünya Kubokunun açılış mərasimində fitə basılıb
Fransada keçirilən Reqbi üzrə Dünya Kubokunun ilk oyunundan öncə Prezident Emmanuel Makronun çıxışı tamaşaçılar tərəfindən fitə basılıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Makron kürsüyə qalxarkən fit və uğultulu səslər stadionda əks-səda verib. Çaşqın vəziyyətdə olan Makron Fransa millisini dəstəkləmək çağırışı edib və bundan sonra tribunalar “Go Blue!” (Fransa komandasının qeyri-rəsmi adı – red.) şüarını səsləndirməyə başlayıblar.
Fan zonalarında da Makrona qarşı fit və etirazlar eşidilib.
Reqbi üzrə Dünya Kuboku sentyabrın 8-dən oktyabrın 28-dək Fransanın 9 şəhərində keçiriləcək. Turnirdə 20 milli komanda iştirak edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay