Çoban məhkəmədə gömrükçünü uddu


Dövlət Gömrük Komitəsinin əməkdaşı təsərrüfatında çoban işləyən qohumunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Balakən rayonunda gömrük orqanında işləyən Mübariz Ağayev iddia edib ki, dayısı oğlu Şahin Eldarov telekanallardan birində yalan məlumat verərək ona böhtan atıb.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən Ş.Eldarov uzun müddət xüsusi ittihamçının təsərrüfatında çobanlıq edib, onun heyvanlarına baxıb. Aralarındakı qeyri-rəsmi razılaşmaya görə, M.Ağayev zəhmət haqqının əvəzi olaraq heyvanların bir hissəsini Şahinə verməli imiş.

Bir müddət sonra qohumlar arasında mübahisə yaranıb. M.Ağayev bütün heyvanları çobanlıq edən qohumundan alıb, əvvəlcədən olan sövdələşməyə də əməl etməyib.

Problemin həlli üçün təqsirləndirilən şəxs dəfələrlə Dövlət Gömrük Komitəsinə şikayət edib, qohumunun əməlləri barədə məlumat verib. Mütəmadi şikayətlər araşdırılıb və sözügedən şəxsin onun təsərüfatında əmək müqaviləsi olmadan işlədiyi məlum olub. Bununla bağlı Xidmət tərəfindən M.Ağayevə şiddətli töhmət də verilib.

Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək televiziya kanallarından birinə müraciət edib, reportajda vəzifəli qohumunun onu aldatdığını, haqqı olan 180 baş heyvanı ona vermədiyini deyib. Xəbərlər buraxılışının aparıcısı isə təqsirləndirilən şəxsə münasibətdə "Çobanın haqqını kəsiblər, zəhmətinin qarşılığını vermirlər, halbuki gecəsini gündüzünə qatıb, evindən ayrı düşən bu şəxs böyük bir sürünü otarmaqdan başqa, onu canavar və çaqqaldan qorumaqla həyatını riskə atıb”, - ifadələrdən istifadə edib.

Qohumunun davamlı şikayətləri ilə bağlı gömrükçü məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 147.1-ci ( böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

M.Ağayev deyib ki, çobana heç bir borcu yoxdur, qohumlarına nisbətən imkanlı olduğu üçün ünvanına deyilənlər şantaj və böhtan xarakteri daşıyır.

İşə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmə gömrükçünün iddiasını əsaslı sayaraq ona böhtan atıldığının faktlarla sübut olunduğunu elan edib. Qərara əsasən, Şahin Eldarovun aylıq qazancından 15 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu dəfə işə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti cinayət işinin materiallarını hərtərəfli araşdırıb, dəlil və sübutları yenidən tədqiq ediblər. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı əvvəlki qərar işin faktiki halları ilə uyğun deyil. Qeyd edilib ki, şəxsin şikayətini televiziya kanalı vasitəsilə işıqlandırması cinayət əməli hesab oluna bilməz.

Qərara əsasən Şahin Eldarovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930