Çingiz Mustafayevlə Sirac Abışovun doğum günüdür


Bu gün Azərbaycanın şəhid iki iki telereportyorun, Milli Qəhrəman Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür.

Milli Qəhrəman Çingiz Mustafayevin anadan olmasından 63 il ötür.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz Mustafayev 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq, "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. O, məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Teleoperator Sirac Abışov isə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə çəkiliş apararaq tamaşaçılara təqdim edirdi. Sirac da həmkarı Çingizlə eyni taleni yaşayır, növbəti erməni təxribatının qurbanı olur.

Belə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çəkiliş aparmağa yollanır. Bu il iyunun 4-də Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndinə gedən yolda ikən onların içərisində olduğu "KamAZ" markalı sərnişin avtomobili tank əleyhinə minaya düşür. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Son xəbərlər

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Onlar da Türkiyəni tərk edir

Ancelina Coli tarixi malikanəsini satdı

Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb

Bəzi uşaqlar niyə riyaziyyat dərsində uğursuz olur? Elmin cavabı

Türkiyədə yanlışlıq: Pasiyentin sağ qulağı əvəzinə sol qulağı əməliyyat edildi

SAFER-AZ layihəsi başlanılıb - FOTOLAR

Azərbaycan nefti ucuzlaşıb

Günün qoroskopu: ​Heç kəsə görə özünüzü dəyişməyin

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930