Ekspert nazirlə razılaşmadı: “Bir günə həll etmək olar”
Bir neçə gün öncə ölkədə təhsilin problemlərinə həsr olunmuş konfrans keçmirildi. Konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin sədri Məlekykə Abbasova jurnalistlərin suallarına cavab olaraq bildirdilər ki, valideynlərin övladlarını məcburi olaraq repetitor yanına göndərməsi problemi öz həllini bir gündə tapa bilməz.
Qanunla repetitorluğu ləğv etmək olmaz və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlərin maaşları arıtırlmalıdır.

Təhsil eksperti Kamran Əsədov Bizimyol.info- saytına verdiyi açıqlamada bildirib kİ, orta məktəbdə müəllimlərə 5000 manat da maaş verilsə repetitorluq anlayışı davam edəcək. “Məktəb proqramını dəyişmədən, qəbul imtahanlarını asanlaşdırmadan müəllimin maaşı artırılsa da bu problem öz həllini tapmayacaq. Dərs proqramını çətin ediblər. Valideyn dərslərində şagirdə kömək edə bilmir, uşaq müəllim deyəni anlamır, bir sinifdə 45 şagird var ,müəllim yetərli qala bilmir.

Əlbəttə belə olan halda valideyn əlavə dərs almaq istəyəcək, repetitor tutacaq. Mənə imkan versələr bu məsələni bir ildə yox e, bir gündə həll edə bilərəm.Elə bu kimi probelmelərin həllində təhsil eksperti olaraq səsimiz eşidilmir deyə mən də qanunverici orqanda olmağa qərar verdim və deputat olaraq namizədliyimi irəli sürdüm. Artıq böyük proqram tərtib etmişəm və seçilərsəm edəcəyim təklif və addımlar hazırdır. Hesab edirəm ki, deputat kimi təhsil sahəsinə daha çox fayda verə biləcəm”- deyə ekspert bildirib.

“Təhsilimizdə yarıtmaz, bir-birini təkrarlayan ixtisaslar , fənnlər həddən artıq çoxdur. BDU-da müəllim tanıyıram, 16 ildir eyni mühazirəni oxuyur, öz üzərində işləmir yenilənmir. Yarımkeçiricilər fizikası ixtisası keçirilir. Ay qardaş, NANO texnologiyalar dövrüdür, sən niyə 80-ci illərdə qalmısan? Bu il müəllim imtahanlarında iştirak etmiş müəllimlərin 45 faizi öz ixtisası üzrə cavab verə bilmədi, günahı atırlar kompüterlərin boynuna. Birincisi kompüteri bilmirsənsə deməli zamanla ayaqlaşa bilmirsən, ikincisi indi kompüteri 5 yaşlı uşaq da bilir.Ali təhsil haqqında qanunun olmaması hərc- mərcilik yaradır. Bu gün ali məktəblərdə 178 ixtisasın azaldılaraq 148-ə endirilməsinə nail ola bilmişik, amma yenə artıq ixtisaslar var. Bunu niyə görmürlər, niyə tədbir görülmür? Təhsil alan tələbələrin 42 faizi işlə təmin olunmur, çünki əmək bazarına uyğun ixtisas və yüksək keyfiyyətli təhsil verilmir”- deyə o bildirib.

Son xəbərlər

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031