Növbəti maqnit qasırğası gözlənilir - sağlamlığı necə qorumalı?
Avqustun 3-də alimlər Günəşdə Yer kürəsinə istiqamətlənən növbəti partlayışı qeydə alıblar. Bu partlayış zamanı atılan tac kütləsi bu gün gecə yarısı planetimizə çatacaq.

AZƏRTAC “The Watchers” portalına istinadla xəbər verir ki, geomaqnit qasırğası avqustun 4-ü gecə və ya 5-i səhər başlanacaq.

Buna görə də meteohəssas insanlar sağlamlıqlarını qorumalı və əhvallarına fikir verməlidirlər.

Maqnit qasırğaları Günəşdə partlayış nəticəsində Yerin maqnit sahəsində yaranan pozuntulardır. Ekspertlər qeyd edirlər ki, maqnit sahəsinin titrəyişləri rabitə sistemlərinə güclü ziyan vura bilər və insan sağlamlığına mənfi təsir edə bilər. Bu günlərdə insanlar ən çox əhvalın pisləşməsi, baş ağrıları, konsentrasiyanın pozulması və yuxusuzluqdan şikayət edirlər.

Xroniki xəstəlikləri olan və immuniteti zəif insanlar risk zonasındadırlar.

Qasırğanın mənfi fəsadlarını minimuma endirmək üçün sağlam həyat tərzi qaydalarına riayət edilməlidir. Belə günlərdə stres və gərginlikdən uzaq olmaq lazımdır. Yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaların qəbulu azaldılmalıdır. Bunların əvəzinə həkimlər daha çox meyvə və tərəvəz qəbul etməyi tövsiyə edirlər.

Qəhvə, siqaret və spirtli içkilərdən imtina edərək, daha çox maye, adi və ya tərkibində ot olan çaylar qəbul edilməlidir.

Mütəmadi olaraq otağı havalandırmaq və heç olmasa qısa müddət ərzində təmiz havada gəzintiyə çıxmaq lazımdır. İmkan daxilində gündə eyni vaxtda yuxuya getməli və mütləq kifayət qədər yatdığımızdan əmin olmalıyıq.

Son xəbərlər

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930