Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyasına başlanılıb - FOTO
Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən 30 ukraynalı uşaq mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunublar.

Bakı şəhərindəki düşərgədə uşaqlar üçün art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil edilib.

Sonra uşaqlar üçün Bakı şəhərinə qısa tanışlıq turu təşkil olunub. Onlar İçərişəhər və Şirvanşahlar saray kompleksi, həmçinin Qız qalası ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı əldə ediblər.

Turaztv.az xəbər verir AZƏRTAC-ın müxbiri tanışlıq turunun iştirakçılarından bəziləri ilə söhbət edərək, onların fikirlərini öyrənib. Ukrayna məktəblisi Rostyslav Horstka deyib: “Bakının küləklər şəhəri olduğu haqqında çox eşitmişdik. Bizim şəhərlə bugünkü tanışlığımız da küləkli bir günə təsadüf etdi. Açığını deyəcəyəm: şəhəriniz füsunkardır, onun gözəlliyi, tarixi memarlıq strukturu valehedicidir. Qız qalasının lap yaxınlığında mavi Xəzərin bərq vuran suları, ətrafda bir-birini tamamlayan hündür binalar, sakinlərin səmimiyyət və qonaqpərvərliyi unudulan deyil…

15 yaşlı Kiyev məktəblisi Maksim Boyko isə öz fikirlərini belə ifadə edib: “Kiyevdə gecələr atış səsləri eşidilir, şəhərin dinc həyatı pozulub. Səksəkəli, hər anı vahiməli həmin gecələrdən sonra sakit Bakı gecələri bizə xoş təsir bağışladı. Mənə ən çox xoş gələn burada keçmişlə bu günün vəhdəti, tarixiliklə müasirliyin bağlılığı, bir-birini tamamlaması oldu. Tarixi uzaq əsrlərə söykənən Qız qalası bənzərsiz bir abidədir və Bakıya xüsusi gözəllik verir. Burada bizim istirahətimiz və reabilitasiya keçməyimizə yaradılan şəraitdən məmnunuq.

“Şəhərimi ziyarət etmək, İçərişəhərin dar və dolanbac küçələrini dolaşmaq çox gözəldir. Qız qalasını ziyarət etmək isə bizə çox böyük zövq verdi. Bizim üçün çox zəngin və maraqlı proqram tərtib olunub. Bakı bizim qəlbimizdə unudulmaz izlər buraxdı”, -deyə daha bir Ukrayna məktəblisi Olena Litvinenko bildirib. O, onlara yaradılan proqram üçün bütün həmyerliləri adından minnətdarlığını ifadə edib.

Qeyd edək ki, növbəti günlərdə Ukrayna məktəblilərinin Bakıda və ölkəmizin bölgələrində bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, həmçinin digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Şamaxı, Qəbələ, Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək.

14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.
Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyasına başlanılıb - FOTO
Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyasına başlanılıb - FOTO
Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyasına başlanılıb - FOTO
Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyasına başlanılıb - FOTO
Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyasına başlanılıb - FOTO
Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyasına başlanılıb - FOTO
Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyasına başlanılıb - FOTO

Son xəbərlər

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031