Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn manipulyasiyaları barədə xarici ölkələrin parlamentlərinə müraciət ünvanlanıb
İyulun 27-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə son dövrdə yayılan məlumatların beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hədəf alan siyasi manipulyasiya olduğu bildirilir. Qeyd olunur ki, Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərindən xəbər verir. Bildirilir ki, məqsəd Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya etməsinin qarşısını almaq və ya bu prosesi mümkün qədər uzatmaqdır.

Müraciətdə vurğulanır ki, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını dəfələrlə bəyan etmişdir, odur ki, etnik ermənilər üçün ərzağın və digər məhsulların Ermənistandan gətirilməsinə zərurət yoxdur. Laçın yolu ilə bağlı vəziyyətə gəlincə, bu yol da Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir və ona görə də Azərbaycan öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etmişdir. Bildirilir ki, Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da Azərbaycanın bu hüququ təsbit olunmuşdur. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açılması, dövlət bayrağımıza qarşı təxribat törədilməsi, Laçın yolundan sui-istifadə hallarının davam etməsi səbəbindən Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəf məhz Ermənistandır. Ermənistan tərəfi həqiqətən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə mane olmamalıdır.

Müraciətin sonunda qeyd olunur ki, şərh edilənlərlə əlaqədar beynəlxalq ictimaiyyət də məsuliyyətli yanaşma nümayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir.

Son xəbərlər

Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

Hələ də çap maşınında yazır - FOTOLAR

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı

Payız Azərbaycana bu tarixdə gələcək

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

Bu məktəblər distant təhsilə keçdi

Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

UNUDULMAYAN YAXŞILIQ

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930