Şalva Papuaşvili: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Heydər Əliyevin müdrikliyinin bariz nümunəsidir
Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Turaztv.az xəbər verir Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq münasibətlərimiz müstəqillik dövründə daha da inkişaf edib və bu əlaqələr hər iki ölkə liderləri tərəfindən davam etdirilir. Bu gün ölkələrimiz iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq edir. Birgə neft, qaz və nəqliyyat layihələri ölkələrimiz arasında güclü tərəfdaşlıqdan xəbər verir.

İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri deyib ki, qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz özünəməxsus rola malikdirlər.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakından məmnunluğunu bildirib. O, Heydər Əliyevin müasir müstəqil Azərbaycanın əsasını qoyduğunu qeyd edərək, ölkəmizin ərazi bütövlüyünü təmin etməsinin onun müdrikliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm də region üçün dəyərli şəxsiyyət idi. Onun əsasını qoyduğu layihələr bu gün öz bəhrələrini verməkdədir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031