Xəbərlər
12.07.2023, 21:34
SÜBHAN KAMAL OĞLUNUN Yaracılığından - FOTO
AZƏRBAYCAN
Dünyaya yayıldı adın,Azərbaycan, Azərbaycan!
Xar oldu düşmənin,yadın,Azərbaycan,Azərbaycan!
Yağıdan qısasın aldın,Düşmənləri dərdə saldın,
Möhtəşəm bir zəfər çaldın,Azərbaycan,Azərbaycan!
Türküyə sənə qardaşdır,Pakistan yaxın sirdaşdır,
Çox başlara ağır daşdır,Azərbaycan,Azərbaycan!
Tarixlərdə qalib qaldın,Qarabağı geri aldın.
Dünyaya səs-səda saldın,Azərbaycan,Azərbaycan!

DÜNYADA
Sinəni Vətənə sipər eylə sən, Alçaq gülləsinə gərmə dünyada.
Təmiz adla,namus,qeyrətlə yaşa,Qonşu bostanına girmə dünyada.
Kimsə ürəyinin gözüylə baxar,Kimi evlər tikər, kimi ev yıxar.
Adam var vəfasız, naxələf çıxar,Nankorlara süfrə sərmə dünyada.
Vermə öz əlindən ixtiyarını,Çalış özün qoru iftixarını.
Yaxşı oğul neylər özgə varını? Naxələfə aman vermə dünyada.
Sübhan, Allah bilir kimə nə verir,Qanmayan nə bilsin nələr itirir...
Qara torpaq görün nələr bitirir,Bacar gül dər,qanqal dərmə dünyada.

KÖZÜNDƏN UZAQ
Gün-gündən güclənir qüdrətli ordum, Xain düşmənlərin gözündən uzaq.
Dünya gözəlidir bu gözəl yurdum, Xəbisin,nadanın sözündən uzaq.
Gen dur tələ qurub ara vurandan,Yuvasını yad Yuvada qurandan...
Bir söz desən,min bir sorğu sorandan,Nakəsin pərdəli üzündən uzaq.
Yüz ocaq qalasa, biri də yanmaz, Xəbis xislətindən heç vaxt usanmaz.
Qanan nə çəkdiyin nadanlar qanmaz,Hiylənin,riyanın özündən uzaq.
Sübhanın sözündə axtar mayalan, Bəzən öndə gedir arxada qalan.
Yalandandost deyib,tələyə salan,Namərd ocağının közündən uzaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay