Alimlər atmosferdə görünməyən qütb işığı aşkar ediblər
Yerin atmosferində qeyr-adi, görünməyən qütb işığı aşkar edilib. Alimlər kosmik aparatların köməyi ilə planetimizdə daha bir qütb işığının olduğunu müəyyən ediblər. Lakin hamıya məlum olan Şimal və Cənub qütb işıqlarından fərqli olaraq, insanlar onu görə bilmirlər.

Qütb işıqları çoxlarına yaxşı məlumdur və atmosferdə xüsusi cazibəsi ilə seçilir. Estetik zövqlə yanaşı, onlar həm də elm üçün çox faydalıdır. Belə ki, qütb işıqları Yerin atmosferi ilə qarşılıqlı fəaliyyətdə olan günəş hissəciklərinin əks etdirir. İndi alimlər tərəfindən daha bir qütb işığı kəşf edilib, ancaq “Space” nəşrinin yazdığına görə, onu adi gözlə görmək mümkün deyil.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Arizona Universitetinin alimləri mühüm kəşfə imza atıblar. Onlar elan ediblər ki, peyklərin köməyi ilə Yerin atmosferində yeni qütb işığı aşkar edilib və o, özünü işığın infraqırmızı diapazonunda büruzə verir. Bu işıq günəş hissəciklərinin planetimizdə olan karbon qazı molekulları ilə qarşılıqlı fəaliyyəti prosesində meydana çıxır.

Yerin atmosferi bir neçə təbəqədən ibarətdir. Məsələn, ən aşağı qat troposfer adlanır və burada bizə məlum olan iqlim hadisələrinin hamısı baş verir. Ən yuxarı qat olan termosfer isə Yerin səthindən 80-700 kilometr yuxarıdadır. Məhz burada – 100-250 kilometr yüksəklikdə adi qütb işıqları meydana çıxır. Onlar günəş hissəciklərinin oksigen atomları ilə toqquşması nəticəsində yaranır. Alimlər müəyyən ediblər ki, yeni – infraqırmızı qütb işığı təqribən 90 kilometr yüksəklikdə yaranır.

Qütb işıqlarının öyrənilməsi alimlər üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, onlar indiyədək kosmik məkanın Yerin atmosferinin yuxarı qatları ilə qarşılıqlı fəaliyyətinə dair elə də çox məlumata malik deyillər. Belə tədqiqatlar müxtəlif qütb işıqlarının nə zaman, harada və necə yarandığını anlamağa imkan verir.

Alimlər infraqırmızı qütb işığının il ərzində necə dəyişməsi barədə aydın təsəvvürə də malik deyillər. Ola bilər ki, bu dəyişikliklər Yerin atmosferində karbon qazı səviyyəsinin dəyişməsi ilə əlaqəlidir.

Yeni qütb işığını kəşf edən alimlər onu da müəyyən ediblər ki, planetimizin atmosferinin yuxarı qatlarında günəş hissəcikləri karbon qazının molekulları ilə toqquşaraq öz enerjisini boşaldır. Onlar hesab edirlər ki, yeni məlumatlar kosmosda hava şəraitini daha yaxşı proqnozlaşdırmağa, habelə Günəşin Yer kürəsinə və onu əhatə edən komik fəzaya təsirini öyrənməyə kömək edəcək.

Son xəbərlər

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930