Respublikada taxıl biçini davam edir
Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir Məcnun Məmmədov Cəlilabad rayonunun Cəngan kəndində müasir dağ kombaynları vasitəsilə keçirilən biçin prosesini izləyib.
Bu il Cəlilabad rayonunda 65 min 537 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 57 min 337 hektarını buğda, 8200 hektarını arpa sahələri təşkil edir. Rayon üzrə taxıl əkinlərinin 70 faizi relyefi çətin olan dağlıq ərazilərdə yerləşir. Bu səbəbdən artıq üçüncü ildir ki, Cəlilabadda taxıl biçini müasir dağ kombaynları vasitəsilə aparılır.


Yeni nəsil "New Holland TC 5.90 HİLLSIDE" dağ kombaynları Azərbaycana 2020-ci ildə gətirilib. Kombaynlar ilk dəfə Cəlilabad rayonunda çətin relyefli sahələrdə test edildikdən sonra fermerlərin ixtiyarına verilib. 6000 lt. həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu olan kombaynlar məhsulu 100 faiz itkisiz yığmağa imkan verir. Bu kombaynlar əsasən Cəlilabad, Yardımlı və Lerik rayonlarının çətin relyefi olan zəmilərində biçinə cəlb olunur.

Hazırda Cəlilabadda taxıl biçinində 163 kombayn iştirak edir. Bunlardan 152-si fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 11 kombayn dislokasiya edib ki, bunlardan 7-si müasir dağ kombaynlarıdır.

Artıq rayon üzrə zəmilərin 75 faizində biçin başa çatıb. Sahələrdən 154 min tondan artıq məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 30 sentnerin üzərindədir.

Nazir Məcnun Məmmədov Cəngan kəndində taxıl biçini prosesini izləyib, yerli fermerlərlə görüşüb, biçinin sürətli və itkisiz təşkili üçün görülən işlər barədə məlumat verib. Fermerlərlə müzakirələrdə dağlıq və dağətəyi ərazilərdə dəmyə əkinlər üçün düzgün toxum seçimi, gübrə normaları, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına riayət etmək, yeni becərmə üsulları və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Cəlilabada səfəri çərçivəsində, həmçinin “Aqroservis” ASC-nin Cəlilabad regional nümayəndəliyinə, Əkinçilik Elmi Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasına və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə baş çəkib, yerli qurumlarda işin təşkili ilə maraqlanıb, əməkdaşlarla görüşüb.

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930