Xəbərlər
23.06.2023, 00:19
NƏ YAXŞI VARSAN, DAŞDƏMİR...
Azərbaycan xalqında çox gözəl atalar misalları var. Onlardan biri də belədir: "Alim olmaq asandır, insan olmaq çətin". İnsanlar müxtəlif dinə, dilə, cinsiyyətə, xasiyyətə, mənsubiyyətə, xarakterə, daha nələrə, nələrə malikdir. Bəli, yer üzündə neçə milyon, neçə milyard insan olsa da, o insanlar zahirən bir-birinə bənzəsələr də, bir-birinə daxilən bənzəyən tam mənada bənzəyən ikincisi mövcud deyil. Doğrudan da qəribədir, heç kimdən, heç kəsdən ikincisi yoxdur. Ancaq bir məsələ var ki, sözün geniş mənasında, insanlar ikiyə bölünürlər: yaxşı insan, pis adam... Bu yaxşı insanlar pis
adamlardan fərqli olaraq təvazökar olur, gördükləri yaxşı işlərdən zövq alsalar da, özlərini gözə soxmur, sadə, eyni zamanda Vətənini, dövlətini, xalqını sevən təvazökar insanlar olurlar. Tərifi qətiyyən sevmirlər, sən onun hər hansı bir gördüyü işini tərifləyəndə söhbəti dəyişməyə çalışırlar.
Doğrudan da hər bir insanın həyatı bir dünyadır, istər yaxşı insan olsun, istər pis. Hər bir insanın vaxtlı-vaxtsız bu dünyaya gələn insanın öz tarixi, öz dünyası, öz ömür payı var. Keşməkeşli, burulğanlı, sevincli, kədərli dünyası... Dünyaya göz açdığı gün, ay, il... məkan... ata-ana..., bunlar hamısı
insanın tarixidir, ömür yoludur. Belə götürəndə baxırsan ki, hər şey yerli-yerində... Bəli, insanların tarixi belə başlayır, sonra da hər kəs böyüyüb bir adam olur, bir fərd olur. Vəzifəli, vəzifəsiz, fəhlə, ya alim, fərqi yoxdur, bu kəslərin həyat fəaliyyəti və bunları özündə toplayan xırda, ya da böyük, yaxşı və pis əməlləri və əlbəttə ki, özünün yaşadığı dünyanın tarixi yazılır, sonra da tarixə dönür. Ona görə də insan gərək yaşadığı hər bir günün, hər anın qədrini bilsin. Biz insanlar görəsən həyatın qədrini bilirikmi? Məncə yox. Biz insanların çoxu həyatın qədrini, gözəlliyini, dadını, yaşamağın necə əziz bir nemət olduğunu çox gec anlayırıq.
Yazımın əvvəlində qeyd etdiyim kimi, elə insanlar var ki, işıqlı dünyaya göz açdıqları gündən, daha doğrusu, özlərini tanıdıqları gündən nədəndirsə, ancaq yaxşı yaşamaq istəyirlər. Ömrü boyu çalışırlar ki, yaxşı, sağlam, rifahlı, rahat yaşasınlar. Ancaq elələri də var ki, yaxşı yaşamaq, rahat yaşamaq haqqında heç düşünmürlər, fikirləşmirlər də. Ancaq istəyirlər ki, yaxşılıq eləsinlər, xeyirxahlıq eləsinlər, əllərində
ovcunlarında olanı da kiminləsə bölüşsünlər, paylaşsınlar. Lakin həmin yaxşı insanlar pislərdən, bədniyyətlilərdən fərqli olaraq təvazökar olurlar, gördükləri yaxşı işlərdən zövq alsalar da, özlərini gözə soxmurlar, sadə, eyni zamanda Vətənini, dövlətini, xalqını sevən təvazökar insanlar olurlar. Tərifi qətiyyən sevmirlər, sən onun hər hansı bir gördüyü işini tərifləyəndə söhbəti dəyişməyə çalışırlar. Həmin o şəxslər ki, öz zəhmətləri ilə yüksəlirlər, xalqın sevimlisinə çevrilirlər, sevilirlər, əsla unudulmurlar. Haqq sözdür ki, uzun illər bir sahədə əsl fədakarlıq göstərən insanlar o sahənin
mütəxəssisinə çevrilirlər.
Həyatın boyu hər cür insanla rastlaşırsan, görürsən, neçə-neçə adamlarla tanış olur, oturub-durur, ünsiyyət qurursan, dostlaşırsan. Bu əlaqələr çoxları ilə uzun sürmür, sönür, tədricən yavaş-yavaş əriyib yox olur. Lakin müddətindən asılı olmayaraq, elə adamlarla tanış olursan ki, bu tanışlığın
tərəfdaşlığa, dostluğa və get-gedə qardaşlığa qədər ucalır, monolitləşir, el içində sayılır, şəxsiyyətləşir.
Haqqında söhbət açdığım insanın görünən tərəfləri fiziki, daxili aləmi, xarakter dünyası haqqında söz açmaq mənim üçün bir qürurdur, şərəfdir. Ona görə ki, o insan ucadadır, hər bir insanın nümunə götürmək istədiyi örnəkdir. O insan heç vaxt yaxşı yaşam, rahat yaşam, firavan yaşamuğrunda çalışmayıb, hər şeyim olsun deməyib. Bəli, haqqında danışacağım dostumuz doğrudan da alidir, kamildir, bütün gözəl xüsusiyyətləri özündə cəmləşdirib. Ona görə də onun durduğu zirvəyə yaraşan, onun həqiqi ucalığını əks etdirən söz söyləməkdə, onun həyat yolunu işıqlandıraraq bir yazıda bütün parametrlərini açmaqda deyərdim ki, sözlər də aciz qalır. Hələ lap ilk vaxtlardan, yəni onunla tanış olduqdan sonra (təxminən otuz ilə yaxın bir vaxtı nəzərdə tuturam), onun xarici görünüşü ilə vəhdətdə olan daxili aləminin zənginliyi və mənəviyyatını duyub Ulu Yaradana şükr edir, hər zaman Allahıma bu saf, pak bəndəsi ilə tanışlığa görə minnətdarlıq hissimi bildirmişəm.
Qədim zamanlardan bugünkü günümüzə qədər əsrarəngiz İsmayıllının Basqal qəsəbəsi nadir istedada, qabiliyyətə malik, ən başlıcası isə, insani keyfiyyətləri özündə cəmləşdirən insanlar yetirmişdir. Bu keyfiyyətlərlə onlar zaman-zaman xalqımızın formalaşan mədəniyyətinin, əxlaqi
dəyərlərinin qorunub saxlanmasında misilsiz xidmətlər nümayiş etdirmişlər. Basqal qəsəbəsinin İsmayıllı rayonunun qəsəbəsi olduğunu bəlkə də yazmağa belə ehtiyac yoxdur. Çünki dünyanın ən füsunkar guşəsi olan Basqal ilk növbədə ecazkar gözəlliyi, təbiəti, ələlxüsus, qız-gəlinlərimizin, ana-bacılarımızın namus təcəssümü olan kələğayısı, qanovuzu, yorğanüzü ilə tanınıb məhşurlaşmışdır. Basqal həm də ölkəmizə çoxlu dəyərli insan bəxş etmişdir. Onlardan xalq yazıçısı Əbülhəsən Ələkbərzadə, Azərbaycanda aerokosmik tədqiqatların və kosmik təbiətşünaslığın bünövrəsini yaradan, görkəmli ictimai-xadim, müstəqil Azərbaycanın ilk dövlət katibi, akademik Tofiq İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Maqsud və Mais Cavadovlar, İtaliyanın "Harribaldi ulduzu"na layiq görülmüş Məmməd Bağırov, şair Davud Aslan, imillət vəkili, bəstəkar,
ismayıllılıların ən yaxin dostu Novruzəli Aslanov, ağsaqqalımız, hamımızın sevimlisi Miryavər Hüseynov kimi, publisist-jurnalist Daşdəmir Əjdəroğlu imzasi ilə respublikada tanınan, nüfuz sahibi olan istedadlı və görkəmli şəxslər bəxş etmişdir. Həmçinin çoxlu alim, həkim, müəllim, hüquq-mühafizə orqanları işçisi, söz-sənət adamı Basqalın şöhrətini bütün dünyaya yayıb. Daşdəmir oxucularının daim maraq dairəsində olan, sənətinin məsuliyyətini dərindən dərk edən, jurnalistika sənətinə peşəkarcasına hörmət bəsləyən və ətrafdakıları da bəslətməyə məcbur edən, yorulmadan çalışan, eyni zamanda İsmayıllı və ismayıllıların hörmətini ucalara qaldıran nəhəng bir qələm əhlidir.
Daşdəmir Əjdəroğlu imzasıyla o, artıq 35 ildən coxdur ki, tanınır və özünün imzasına hörmət bəsləyir. O, jurnalistikaya gəlişini bu cür xatırlayır: "1977-ci ilin əvvəlləriydi. İsmayıllı rayonundakı "Zəhmətkəş" qəzeti ilə ara-sıra əlaqələr saxlayır, məktəbimizdə keçirilən tədbirlərdən, doğulduğum Basqal qəsəbəsində baş verən yeniliklərdən cızma-qaralarımı çap etdirirdim. Məktəbdəki sinif yoldaşlarım mənə həsədlə baxır, bəziləri də gözü götürməməzlikdən bu yazıları atamın yazdığını deyirdilər. Məqsədləri bu idi ki, hövsələdən çıxararaq onlarla yersiz mübahisə edim, mən isə təbii ki, bunu heç bir zaman etməzdim. Müəllimlərim də şagirdinin bu uğurlarına sevinir, mənim qələm sevinclərimə şərik olurdular".
Daşdəmir Əjdəroğlu beləcə, bu çətin və şərəfli peşəni sevərək ürəyində uşaqlıq illərindən kök salan arzusunu reallaşdırdı. O, jurnalistikaya ilk addımlarını atdığı gündən yazılarında taleyüklü məsələlərin, problemlərin həlli, mövcud çətinliklərin aradan qaldırılması işini gündəmə gətirdi və hazırda da eyni mövqedədir. Sənətinin sonsuz məhəbbətlə vurğunu olan Daşdəmir Əjdəroğlu özünə müqəddəs saydığı jurnalistikanı son dövrlərdə nüfuzdan salanları haqqlı olaraq sərt yazılarla mətbuatda ifşa edir. O, prinsipial jurnalist mövqeyi ilə bu dövrə kimi toxunduğu mövzularda
cəmiyyətimizdə təzahür edən müxtəlif anormal halların aradan qaldırılmasına nail olmuşdur. Daşdəmir hər birimizin qayğısını çəkir, kimin bir uğuru olsa, ona dərhal sevinir və onun haqqında geniş məqalə hazırlayır, onu hər yerdə tanıtdırır. El arasında belə bir ifadə var: “Filankəsin üzündə Allah nuru var”. Bu ifadəni o kəslər haqqında deyərlər ki, həmin insanlar ömür boyu xeyirli işlər görsünlər. Çöhrəsində xeyirli əməlləri təcəssüm etdirən Daşdəmir də bu cür insanlardandır. Doğrudan da onun həyat fəlsəfəsi şox sadədir: insan insana himayə göstərməli, qohumluqdan, dostluqdan asılı olmayaraq hami bir-birinə həyan olmalıdır, dayaq durmalıdır. Şərt o deyil ki, maddi cəhətdən kiməsə nə isə edəsən, kiməsə bir hədiyyə alasan, nə iləsə sevindirəsən. Bərəkət o yerdə olur ki, orada insanlar bir-birinin yaxşı yaşamasına, bir-birini yaxşı tanımasına, problemlərinin həllinə çalışır. Bu da Allahın, Peyğəmbərimizin bizlərə tövsiyyəsi, tapşırığıdır.
Bundan əlavə peşəkar jurnalist Daşdəmir dostumuz ən sevdiyi sənətini də öz gözəl fikirləri ilə bu cur xarakterizə edir: "Jurnalist əməyi gözə görünən və eyni zamanda görünməyən əməkdir. Onun görünüşü kimii, sevinci də anidir. Bu anilikdən xilas olmaq üçün qəzet səhifələrində, saytlarda ardıcıl imzan olmalıdır. Özünü də, başqalarını da rahatsız edən ictimai-siyasi problemlərə toxunmalısan. Düşünürəm ki, həyatda mövcud problemləri yalnız jurnalistika, kəsərli qələm həll edə bilər. Jurnalist olmaq şərəfdir, şərəflidir. Hazırladığın materiallar geniş oxucu kütləsi tərəfindən
seviləndə fərəhlənirsən, sanki uçursan".
Daşdəmir Əjdəroğlu eyni zamanda bir neçə sanballı əsər ortaya qoymuş, bir neçə sevilən kitabın müəllifidir. Bu günlərdə yenicə yazıb çap etdirdiyi "Basqalın Miryavər abidəsi" adlı xatirələr kitabının Basqal qəsəbəsində cox möhtəşəm bir təqdimatı keçirildi. Basqal qəsəbəsindən olan “Tərəqqi” medallı, bu qəsəbə haqqında bir neçə dəyərli tədqiqat əsərinin müəllifi olmuş Miryavər Hüseynov haqqında yazdığı kitab geniş oxucu kütləsi tərəfindən yüksək səviyyədə qarşılandı. Tədbirə təşrif buyuran qonaqlar Daşdəmir Əjdəroğlunun özünün də qəlblərdə bir abidə ucaltmasından, işıqlı simasından bütün həmyerlilərinə, Daşdəmirsevərlərə nur paylamasından sevə-sevə danışdılar. Bu çətin və şərəfli yolda qələm dostuma, can dostuma, həmkarıma, uğurlar, daim yaradıcılıq sevincləri, geniş oxucu kütləsinin məhəbbətini və qələminin daim kəsərli olmasını diləyirəm. Qələmin daim yazar olsun, dəyərli dostum, qardaşım Daşdəmir! Sənə addımladığın yeni yaşında cansaglığı, uzun ömür, yeni-yeni yaradıcılıq ugurları arzu edirəm. Allahımdan razıyam, çünki dostluq salnaməmdə sənin kimi bir dostumun olması mənim üçün şərəfdir, qürurdur. Əlbəttə, hamı istəyər ki, dostluğunda sənin kimi bir dostu olsun, insanlığı, fədakarlığı, mədəniyyəti, alicənablığı və canayaxınlığı ilə seçilən dostu kim
istəməz ki?
Doğru sözdür ki, insana əsl qiyməti sadə insanlar düzgün verirlər. Ona görə də hər dəfə sənin ünvanına bu sözləri eşitmək, duymaq bir dostun olaraq məni və yaxın dostlarını qürurlandırır, fərəhləndirir: Nə yaxşı ki, varsan, Daşdəmir! Sözümün əvvəlində də dediyim kimi, alim olmaq asandır,
insan olmaq çətin. Bu söz doğrudan da sanki sənə ünvanlanıb. Bunu təkcə mən demirəm, səni tanıyanlar hamısı bu fikirdədir. Sən, bütün
parametrlərdə əsl insansan, əsilzadəsən! Arzu edirik ki, elinin-obasının, millətinin, xalqının yolunda sədaqətlə xidmət göstərən bu şərəfli ömür yolun uzun və əbədiyaşar olsun!
Ad gününü səmimi qəlbdən təbrik edirəm! Günün mübarək, əziz dostum, qardaşım Daşdəmir!
Hörmətlə: Təranə Əmir qızı CƏBİYEVA,
yazıçı-publisist

Dərdini paylaşan insan

Hamıya örnək

İmzasına hörmət edən qələm sahibi

Qəlblərdə abidə ucaldan insan

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay