YAXŞI ADAM CƏLAL DADAŞOV HAQQINDA - FOTO
YAXŞI ADAM CƏLAL DADAŞOV HAQQINDA

Bu yazı insanı, insanlığı, sevdiyi sənəti qiymətləndirməyi bacaran dostumuzun doğum gününə həsr olunur

Bilmirəm bu qaydanı kim tətbiq edib... Həyatımızda, taleyimizdə rolu olan insanlar, ürəyimizdə yer ayırdığımız dostlar barədə ancaq doğum günləri, yubiley mərasimi keçirilən anlarda yazı yazırıq. Adi günlərdə xoş söz demək, ürəyindən keçənləri dostlarla bölüşmək mümkün deyil?
Bu sözləri yazıram və məlum olur ki, ənənəni yenə pozmaq mümkün olmayacaq.

Cəlal Dadaşovla tanışlığımızın səbəbkarı, sözün həqiqi mənasında, böyük qəlbli insan, ədəbi yaradıcılığımızda dəst-xətti ilə öz möhürünü çoxdan vuran, gözəl dostumuz Cəmil müəllimdi. Məhz Cəmil müəllimin sayəsində yaranan bu tanışlıq arxada qoyduğumuz illər ərzində dostluğa çevrilib. Yel kimi ötən illər ərzində çox şey dəyişib. Təəssüf ki, bəzi dostlar da. Amma Cəlal Dadaşov ilk dəfə gördüyüm kimidi. Ailəsini, vətənini, işini, dostunu sevən. Bu sevginin qarşılığında heç bir təmənna güdməyən. 35 yaşı olsa da, qarşısındakı adamla, ona müraciət edən hər kəslə dünyagörmüş bir ağsaqqalın hərəkət və davranışlarını edir, ona ağayana münasibət göstərir. Onu hər zaman, bütün dostlarımız da daxil olmaqla mən onu belə görmüşəm. Nə Cəlalın, nə də atasının insanlara münasibəti dəyişib. Bu ailədən tanıdığım hər kəs olduqca zəhmətkeşdir, ünsiyyətcildir, qayğıkeşdir, onlar dostlarımıza qayğı və diqqətlə yanaşıblar. Mehribanlıq, səmimiyyət və ehtiram bu ailədən heç vaxt əskik olmayıb.
Cəlal Cəmil oğlu insan sərrafıdı. Dostluq etdiyi insanların arasında alim də var, yazıçı da, hüquq-mühafizə işçisi də, sənətçi də, jurnalist də, fəhlə də. Hərəsi də bir yaşda, bir xasiyyətdə. O, dostları ilə təkcə fəxr eləmir, sevincini bölüşür, dərdinə şərik çıxır.
Dostlardan biri də mənəm. Şad günlərimdə ilk yada salanlardan biri Cəlal olub. Bu yaxınlarda onda gördüyüm iki nüans məni həm heyrətləndirdi, həm də ona ürəyimdə əhsən dedim. Biri atası Cəmil müəllimlə “Bilgəh” sanatoriyasında qaldığımız müddətdə bizə göstərdiyi ülfət, qayğıdır, qardaşı Turalla birlikdə bizi istənilən anlarda yoluxdular, ehtiyaclarımızla maraqlandılar. Digər məqam isə təzə evimdə müəyyən təmir işləri var idi, onu görməkdə əsl ustalıq, məharət göstərdi. Əli qızıldır Cəlalın, maşallah, 100 ölçüb bir biçdiyi işə kiminsə şübhəsi ola bilməz. Atası Cəmil müəllimin ən ağır, kədərli günlərində onun yanımda görmüşəm. Təskinlik verib, məsləhətini əsirgəməyib, maddi və mənəvi dayaq olub.
Qəlbində dəyərli sözə həmişə xüsusi yer saxlayan insanlardandı Cəlal. Şair dostlarının hər misraları onun ürəyini rahatlayır. Ziyalı dostlarının hər bir cümləsi ona yeni nəfəs verir. Onu sevən dostlarının iik kəlamlarına sayğı göstərir. Hərbçi dostlarının hünəri, şücaəti onu torpağa, Qarabağa, Vətənə daha da bağlayır. Onunla birlikdə çalışan dostlarının şux zarafatları isə ona bulaq suyunun saflığını xatırladır.
Elə insanlar var ki, qanı sənin qanından olmasa da, sən cəmiyyət qarşısında onun mərdliyini, kişiliyini görmüsən, həmin adamlar haqqında hökmən nəsə yazmaq istəyirsən. Çünki həmin insanlardan gələn müsbət enerjini başqaları ilə paylaşmaq ehtiyacı hiss edirsən. Dostumuz Cəlal Dadaşov da belə insanlardandı. Onda o qədər həyat materialı var ki, rahatca oturub nəsə yazmaq olardı…
35 yaşı bu gün tamam olan Cəlal qardaşımız ailəlidir, bir qızın atasıdır. Ailəsinin çörəyini qazanarkən halallığı nəzərə alır, bütün çətinlikləri dəf etməyi bacarır. Hər dəfə rastlaşanda öz işindən həvəslə danışır, gördüyü işlərdən zövq alır. Deyir bu barmaqlar yaratmaqda çox şeyə qadirdir. Odur ki, Allah da onu ümidsiz qoymur, mükafatlanıdırır.
Bu gün Bakımızı nəhəng tikinti meydançasına bənzədirlər. Təbii ki, bu meydançada hər şey yerində deyil. Zövqlə görülən işlərlə yanaşı ürəyimizi ağrıdan mənzərələrə də rast gəlirik. Belə çatışmazlıqları görəndə Cəlal Cəmil oğlu Dadaşovun peşəkar inşaatçı, daş, rəng dilini bilən insan kimi necə həyəcan keçirdiyinin dəfələrlə şahidi olmuşam. İnşaat meydanlarında daim Cəlalın yeri görünür.
35-ci baharına əlvida deyib 36-ı qarşılayan Cəlal qardaşımızı təbrik edir, atası Cəmil müəllimə, ailə üzvlərinə gözaydınlığı verir, sağlamlıq, gümrahlıq və ailə xoşbəxtliyi arzulayırıq.


Təbrikə Cəmil müəllimin dostları adından Akif Rzayev, Arif Həsənov, Rahib Kərimli, Vidadi , Elyaz Yazan, Daşdəmir Əjdəroğlu və Cəlalı qəlbən sevənlər də qoşulurlar

YAXŞI ADAM CƏLAL DADAŞOV HAQQINDA - FOTO
YAXŞI ADAM CƏLAL DADAŞOV HAQQINDA - FOTO
YAXŞI ADAM CƏLAL DADAŞOV HAQQINDA - FOTO
YAXŞI ADAM CƏLAL DADAŞOV HAQQINDA - FOTO
YAXŞI ADAM CƏLAL DADAŞOV HAQQINDA - FOTO
YAXŞI ADAM CƏLAL DADAŞOV HAQQINDA - FOTO
YAXŞI ADAM CƏLAL DADAŞOV HAQQINDA - FOTO

Son xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31